PARADOKS

AKTUAL

Kasparov Putini Hitlerə bənzətdi

3-04-2014, 11:43
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

Kasparov Putini Hitlerə bənzətdi
Rusiya prezidenti Vladimir Putin şahmatda olduğu kimi, qaydalarla oynamağa məcbur edilməlidir. Bunu Rusiya müxalifətinin fəallarından olan, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Meksikada mətbuat konfransında Krımın Rusiyanın tərkibinə qatılması ilə bağlı sualı cavablandırarkən deyib.

"Düşünürəm ki, dünya ictimaiyyətinin əsas vəzifəsi cənab Putini şahmat oynamağa məcbur etməkdir. Çünki şahmatda qaydalar və o, qaydalarla oynamağa məcbur olacaq", deyə Kasparov bildirib.

Harri Kasparov həmçinin Vladimir Putini 2-ci ünya Müharibəsindən əvvəlki Adolf Hitlerə bənzədib. "Putin üçün Krımda və hətta Ukraynanın şərqində sona çatacaq bir oyun yoxdur. O, öz bəyanatlarında aydın şəkildə ifadə edib ki, rusdilli milli azlıqların təhlükədə olduğuna inandığı hər yerə gedə biləcək qədər rahatdır. Bu, eynilə 2-ci Dünya Müharibəsini başladan səbəblərə bənzəyir. Adolf Hitlerin də inandığı da bu idi. Alman-dilli milli azlıqları qorumaq üçün istənilən sərhədi keçmək".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin qatı əleyhdarı kimi tanınan Harri Kasparov 2008-ci ildə prezident seçkilərində namizədliyini irəli sürməyə nail ola bilməyib və bundan sonra Xorvatiya vətəndaşı olub.
Mənbə
Associated Press


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI