PARADOKS

AKTUAL

“Facebook”un qurucusu Bodrumda oldu

3-04-2014, 10:08
  •     
  • Mədəniyyət, |
  •  Oxunma:

“Facebook”un qurucusu Bodrumda oldu
"Facebook"un müdiri Mark Zukerberq Türkiyə Muğla vilayətinin Bodrum rayonunda tətildə olub.

Verilən xəbərə görə, Facebookun qurucusu və müdiri Mark Zukerberq həyat yoldaşı Prisçilla Çan ilə birlikdə Bodrumda tətil edib.

Onun üç günlük tətil üçün Yunanıstanın İstanköy adasından Bodruma keçdiyi bildirilib. Dünyanın ən gənc varlı şəxsləri arasında yer alan Zukerberqin yaxtası Bodrum qalası sahillərinə yan alıb. Sahilə çıxan Zukerberq həyat yoldaşı Prisçilla Çan ilə Kumbahçə sahilində gəzib, mənzərəli bir kafedə oturararq Türk qəhvəsi içib.

O, kafedə istirahət zamanı pərəstişkarları ilə şəkil də çəkdirib. Markın 3 günlük tətildən sonra Rodos adasına getdiyi bildirilir.

Onu da qeyd edək ki, Mark Zukerberq və Prisçilla Çan cütlüyü 2013-cü ildə ABŞ-da ən səxavətli xeyriyyəçi olmuşdular


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI