PARADOKS

AKTUAL

Milli Dirçəliş günü ilə əlaqədar keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

18-11-2017, 14:44
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 34

Milli Dirçəliş günü ilə əlaqədar keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında "Musiqi alətlərində ifa üzrə" keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.

Daha sonra Mədəniyyət evinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Mədəniyyət evinin "Gənclik" instrumental ansamblı, "Məşəl" və "Gold" rəqs kollektivlərinin, müğənnilər Aysel Əlizadə, Könül Məmmədli, MirCabbar Mirbabayev, Nejla Mirzəyeva, Abdul Xalid, Paşa Ümid və Tahirə Muradovanın rəngarəng çıxışları alqışlarla qarşılanıb.

Sonda müsabiqənin qaliblərinə fəxri-fərmanlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə oktyabr ayının əvvəlində start verilib. 3 turdan ibarət olan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. Yekun turda münsiflər heyyəti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyənləşdiriblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI