PARADOKS

AKTUAL

Mingəçevir Dövlət Dram Teatrı Milli teatr tariximizin 144-cü mövsümünə başlayır.

14-09-2017, 13:29
  •     
  • Mədəniyyət, SON XƏBƏR |
  •  Oxunma: 323

Mingəçevir Dövlət Dram Teatrı Milli teatr tariximizin 144-cü mövsümünü milli dramaturgiyamızın banisi kimi şöhrət qazanmış M.F.Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” əsərinin tamaşası ilə başlayır.
1800-cü il hadisələrindən bəhs edən bu komediya həmin dövrün ictimai-siyasi hadisələrinə ayna tutaraq tamaşada əks etdirir. Tamaşanın sentyabrın 20-də nümayiş etdirilməsi nəzərdə tutulur.
Teatr eyni zamanda çağdaş dramaturgiya nümunələrinə də müraciət edir. Hal-hazırda yazıçı-dramaturq Camal Yusifzadənin qələmə aldığı ” Səhər qatarı ” pyesi üzərində məşqlər davam edir. Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, Səhnə tərtibatı Rafael Həşimov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır.
Əsas rollarda Paşa Salmanov, Ramil Ağayev, Aydın Quliyev, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, Hüseyn Mustafayev, Asim Məmmədov və başqaları çıxış edirlər.
Tamaşanın oktyabrın ikinci yarısında nümayış etdirilməsi nəzərdə tutulmuşdur.
Mingəçevir Dövlət Dram Teatrı Milli teatr tariximizin 144-cü mövsümünə başlayır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI