PARADOKS

AKTUAL

"Facebook" qadagan olunmuş ölkədə fəaliyyət göstərəcək

15-05-2014, 09:56
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

"Facebook"  qadagan olunmuş ölkədə  fəaliyyət göstərəcək
"Facebook"un qadağan olunduğu Çində şirkətin ofis açacağı bildirilib.

Rəsmixəbər.Az.-ın məlumtaına görə, dünyanın ən böyük sosial şəbəkə şirkəti olan "Facebook" Çində qadağan olunmasına baxmayaraq, orada ofis açmağı panlaşdırır.

Honkonqda ofisi olan şirkət ölkənin paytaxtı Pekində "Fortune Financial Center"də reklam verənlərlə işləmək üçün icarəyə ofis götürmək niyətindədir.

Qeyd edək ki, Çində xarici sosial şəbəkə saytları "Youtube", "Twitter" və "Facebook" kimi şirkətlərə giriş qadağası qoyulub. Dünyada ən çox internet istifadəçisi olan Çin, cəmiyyətə "mənfi" təsirinə görə sözügedən saytlara qarşı qadağanı tətbiq edir. Alternativ olaraq isə öz sosial şəbəkə sistemlərini xalqa təqdim edir. Çinin "Twitter"ə bənzər saytı olan "Weibo"nun aylıq 129 milyon aktiv istifadəçisi var və keçən ay ABŞ-da ictimaiyyyətə təqdim edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI