PARADOKS

AKTUAL

Bu problemlər 20 ildir ki sakinləri darıxmağa qoymur

9-05-2014, 08:40
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Bu problemlər 20 ildir ki sakinləri darıxmağa qoymur
Yasamal rayonunda qaçqın və məcburi köçkünlərin yaşadığı yarımçıq tikiliyə yağış və kanalzasiya suları dolur. Problem təkcə bu deyil, çünki sakinlər kustar üsulla sanitar qovşaq borularını birtəhər təmir edə bilirlər, əsas problem yağış yağdıqda yaranır. Bütün yağış suları dolur zirzəmini ev kimi istifadə edən sakinlərin mənzillərinə. Yasamal 2 ünvanında yarımçıq binada məskunlaşan sakinlərin günü evlərə dolan suyu xüsusi su mühərrikləri ilə evlərdən çıxarmaqla keçir.

Mənzillərin içərisindəki şəraitlə tanış olduqda vəziyyətin necə acınacaqlı olduğunun şahidi olduq. Ev sahibi torpağın üzərini sadəcə bir neçə polietilen materiallar və əski parçaları ilə örtüb. Bu yolla rütubətdən qorunmağa çalışırlar. Ancaq nə dərəcədə effektiv olduğu içəridəki üfunət iyindən də bəlli olurdu.

Sakinlərin bəziləri hətta suyun evə dolmasının qarşısını almaq üçün sadə konstruksiyalı mexanizm də yaradıb. Mexanizmin iş prinsipinə görə yağış və çirkab suları qapı önündə qazılmış çalaya dolur. Ev sahibi vaxtaşırı dolan quyudan suyun kənarlaşdırılması üçün bir ucu quyuda olan su mühərrikindən istifadə edərək, problemin müvəqqəti həllinə nail olur. Ancaq qapı qarşısında yaranan qoxunu sözlə ifadə etmək mümkün deyil. Bütün bu problemlər artıq 20 ildir sakinləri darıxmağa qoymur. Köçürüləcəkləri günü də ki səbrsizliklə gözləyirlər.

Məsələ ilə əlaqədar Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin mətbuat xidmətin bildirildi ki, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşilaşdirlmasi mərhələli şəkildə həyata keçirilir. Bu ailələrdən ağir şəraitdə yaşayanlarin özlərinə də mərhələlilik prinsipi şamil edilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI