PARADOKS

AKTUAL

Şərəfli peşəyə gedən yollar asan olmur.

22-06-2016, 23:22
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Şərəfli peşəyə gedən yollar  asan olmur.
Heçkəs bu dünyaya öz istəyi ilə gəlmir. Ata-anasını, yurdunu da özü seçmir. Lakin həyat yolunu, məsləkini və hədəfini insan özü müəyyən edir. İnsan var ki, seçdiyi hədəf şəxsi mənafeyinə hesablanır....

Həkim olmaq bir ömür xalqının sağlam gələcəyini düşünmək, müalicə etdiyin, sağlamlıq bağışlaya bildiyin insanların gülümsəməsindən və razılıq hissindən yaşamaq üçün güc almaq deməkdir.
Haqqında söhbət açmaq istədiyimiz həkim də belə insanlardandır.
Ustad Cəfər Cabbarlı demişkən, kimdir o?
Tibb üzrə üzrə fəlsəfə doktoru, fəxri dəmiryolcu Həsənov Həmzə Şamil oğlu!
Bu söz, haqqında danışdığım həkimin sözüdür:
“Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışır”.
Həmzə həkim çalışdığı 2 saylı dəmiryolu poliklinikasında hər kəsin dərin hörmətini və rəğbətini qazanıb. Həmzə həkimin məhsuldar və məqsədyönlü əməyi poliklinikaya gələn xəstələlər tərəfindən də yüksək dəyərləndirilir.Həmzə həkimin rəhbərlik etdiyi müəssisə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 2 saylı Bakı Dəmir Yol Poliklinikasıdır. Poliklinika uzun illərdir ki, fəaliyyət göstərir. Əvvəllər burada dəmiryolçulara, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi. Həmzə Həsənov poliklinikaya baş həkim təyin edildikdən sonra burada ilk olaraq təmir işləri aparıldı. Əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün poliklinikada hər cür şərait yaradıldı. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olundu. Sağlam mühit yaradıldı. Son illərdə isə şöbələr EKQ, USM, EEQ aparatları ilə təchiz olunub, laboratoriya üçün müasir avadanlıqlar alınıb. Yeni rentgen aparatı quraşdırılıb. Poliklinikanın maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verir, əmək intizamına ciddi əməl olunur. Adı çəkilən müəssisənin iş prinsipi və qayğıları ilə tanış olmaq üçün baş həkim həkim Həmzə Həsənovun dediklərini dinləyək:
“Hər bir dəmiryolçunun həyatı məndən ötrü əzizdir. Uzun illərdir bu şərəfli peşə sahibləri ilə bir yerdə işləyirəm. Mənim dostlarımın, yaxın adamlarımın əksəriyyəti dəmiryolçulardır. Bununla belə peşəsindən asılı olmayaraq poliklinikamıza üz tutan heç kəsi naümid qoymamışıq. O ki aqldı dəmiryol tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsinə, xatırladım ki, bir ay əvvəl dəmiryolçuların peşə bayramı ərəfəsində Gəncə dəmiryolçuları ilə görüşlər keçirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri hörmətli millət vəkilimiz Cavid Qurbanov şəhərdə bir neçə obyektə baş çəkib. O, həmçinin “Azərbaycan Dəmir Yolları”nın tibb xidmətinin balansında olan səhiyyə ocaqlarına gedib, xəstəxanalarda tibb personalı ilə görüşərək mövcud durumla tanış olub. Cavid Qurbanov QSC-nin tibb xidmətinin balansında olan xəstəxana və poliklinikalarda xidmət səviyyəsinin aşağı olması ilə əlaqədar, onların Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsinə aydınlıq gətirib. Sədr bildirib ki, Cəmiyyətin balansında olan səhiyyə müəssisələri “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində qalacaq. O bu məsələnin Səhiyyə Nazirliyi ilə razılaşdırıldığını qeyd edib. Cəmiyyət sədri "Azərbaycan Dəmir Yolları”nın tabeliyində fəaliyyət göstərən səhiyyə ocaqlarının gələcək illərdə mərhələli şəkildə təmir olunaraq dəmiryolçuların istifadəsinə veriləcəyini də vurğulayıb”.
Bu da Həmzə həkimin sözləridir:
“ Bu gün ölkəmizdə əsası milli liderimiz Heydər Əliyev tərəfindən qoyulan qurub-yaratmaq yolu, səhiyyəyə və sosial sahəyə qayğı cənab prezident İlham Əliyev və hörmətli millət vəkilimiz Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Onlar insan əməyinə yüksək dəyər verir. Əlbəttə, insan əməyinə verilən yüksək qiymət onun məsuliyyət hissini artırır. Keçdiyim ömür yolunu nəzərə alıb, zəhmətimi qiymətləndirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Özüm və başçılıq etdiyim kollektiv bundan sonra da dəmiryolçuların sağlamlığı naminə öz qüvvə və bacarığını əsrigəməyəcəyik”.
Biz də RESMİXEBER.AZ İNFORMASİYA AGENTLİYİNİN KOLLEKTİVİ olaraq, öz növbəmizdə 2 saylı Bakı Dəmir Yol Poliklinikasının işgüzar kollektivinə vəşəxsən baş həkim Həmzə Həsənova uğurlar diləyirik.
RESMİXEBER.AZ
Resmiyye Aydınqızı.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI