PARADOKS

AKTUAL

Kainat buz kütləsinə çevriləcək

1-05-2014, 10:01
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Kainat buz kütləsinə çevriləcək
2011-ci il fizika sahəsi üzrə təqdim olunan Nobel mükafatları müəyyən edilib.

Fizika sahəsində Nobel mükafatı üçün amerikalı Sol Perlmuter (Saul Perlmutter), Adam Rays (Adam Reiss) və əslən avstraliyalı olan amerikalı fizik Brayen Şmidt (Brian Schmidt) seçilib. Kainatın sürətlə genişləndiyini sübut edən fəaliyyətləri bu elm adamlarına Nobel mükafatı qazandırıb.

Nobel komitəsinin açıqlamasında alimlər ulduzların partlayışını, ulduz topalarını tədqiq etdiklərini və kainatın artan sürətlə genişləndiyini kəşf etdiklərini deyiblər. Bu nəzəriyyəyə əsasən, 14 milyard il əvvəl baş vermiş Böyük partlayışdan (Big bang) etibarən kainat genişlənir. Bu şəkildə davam edərsə, gələcəkdə kainatın buz kütləsinə çevriləcəyinin gözlənildiyi bildirilir.

Qeyd edək ki, Allah Qurani-kərimdə 1400 il əvvəl kainatın genişləndiyi bildirib. Alimlərin bu kəşfləri də bir daha Quranın Allahın sözü olduğunu, elmə doğru istiqamət verdiyini təsdiq edir. Kainatın genişlənməsi ilə bağlı ayə belədir:

“Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. (Zariyat surəsi, 47)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI