PARADOKS

AKTUAL

Dollar dəyərdən düşür - Ərzaq məhsullarının qiyməti ucuzlaşacaq?

29-05-2016, 13:28
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Dollar dəyərdən düşür - Ərzaq məhsullarının qiyməti ucuzlaşacaq?Bir neçə gündür dolların manata nisbətdə dəyərinin azalmasının şahidi oluruq. Bu da belə bir sual formalaşdırır:

Dolların dəyərdən düşməsi ərzaq və qeyri ərzaq məhsullarının qiymətinə təsir edəcəkmi?

Bu barədə sualımızı cavablandıran iqtisadçı Qalib Toğrul bildirdi ki, hazırda Azərbaycanda manatın dollara qarşı möhkəmlənməsi bir neçə səbəbdən məhsulların qiymətinin enməsi üçün əsas ola bilməz:

“Əvvəla, manatın möhkəmlənməsi cüzidir, hanısa əsaslı bahalaşmadan söhbət gedə bilməz. İkincisi, bu prosesin davamlı ola biləcəyi, orta və uzunmüddətli dövrdə manatın kursunun eyni trend nümayiş etdirəcəyi gözlənilmir. Çünki manatın möhkəmlənməsi iqtisadi baxımdan əsaslandırılmayıb, ancaq inzibati amillər sayəsində mümkün olub. Əgər Azərbaycan iqtisadiyyatının dirçəldilməsi ilə bağlı islahatlar davam etdirilərsə, proses boyu milli valyutamız enişli-qalxışlı dəyişkən qrafik çızacaq. Və yaxud ABŞ Federal Ehtiyatlar Sistemi iyun ayında dolların möhkəmlənməsi qərarını versə, uçot stavkasını artırsa, manatda enişlər qaçılmazdır.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, manata olan psixoloji inamsızlıq tam aradan qalxmayınca, milli valyutamız əsaslı şəkildə möhkəmlənə bilməyəcək. Bütün bunları nəzərə alaraq idxal mallarında, xüsusilə olkin tələbat mallarında ucuzlaşma gözləmək əsassızdır”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI