PARADOKS

AKTUAL

Pərdə həvəskarı olan sürücülərə şad xəbər!

30-04-2014, 08:54
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Pərdə həvəskarı olan sürücülərə şad xəbər!
Sabahdan etibarən avtomobilin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək.

Verilən xəbərə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər çəkilməsinə icazə verilib.

Lakin sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkməyə icazə yoxdur. 1 may - 15 noyabr tarixinədək olan dövrdə arxa yan şüşələrə yalnız zavod istehsalı olan jalüzlərin (pərdələrin) çəkilməsinə yol verilir. Bu şüşələrin plyonka ilə tündləşdirilməsi nəzərdə tutulmur.

Ümumiyyətlə, avtomobilin alın şüşəsinə, qabaq və arxa yan şüşələrinə hər hansı plyonkanın çəkilməsi qadağandır.

AZS 122-2004 standartının 3.2.4-cü bəndinə əsasən, sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti bu hədlərdən aşağı olmamalıdır: küləyə qarşı şüşə (alın şüşəsi) üçün 75%; sürücünün sağındakı və solundakı şüşələr (qabaq qapının şüşələri) üçün 70%; digər yan şüşələr (minik avtomobillərinin arxa qapılarının şüşələri) üçün 60%. Arxa şüşənin işıq buraxma qabiliyyəti normallaşdırılmır.
Mənbə
ANS PRESS


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI