PARADOKS

AKTUAL

Kəbənin sirlərindən biri çözüldü

27-04-2014, 14:10
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Kəbənin  sirlərindən biri çözüldü
Müsəlmanların qibləgahı olan müqəddəs Kəbənin sirlərindən biri çözülüb.Verilən məlumata görə, Kəbədəki giriş qapılarının söküntüsünə başlanılıb. Söküntü zamanı giriş qapılarının sütunlarının bəzilərinin İslamiyyətdən əvvəlki dövrə aid olduğu üzə çıxıb.

1573-1577-ci illərdə Osmanlı Sultanı II Səlim və oğlu Sultan Muradın zamanında inşa edilən giriş qapılarının bəzilərinin islamiyyətdən öncə, bəzilərinin isə Əməvilərin, Abbasilərin dövrünə aid olduğu məlum olub. İlkin ehtimallar görə, bu sütunlar Kəbənin inşası zamanı xarici ölkələrdən gətirilib.

Qeyd edək ki, bütün bu söküntü yenidən bərpa işləri Kəbənin Genişləndirilməsi Proqramına uyğun olaraq həyata keçirilir. Söküntü işlərini həyata keçirən şirkətdən bildiriblər ki, Kəbədəki heç nəyin orijinallığına xələl gətirilməyəcək.

Xatırladaq ki, giriş qapılarındakı sütunların söküntü işlərinə 2012-ci ildə başlanılmışdı


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI