PARADOKS

AKTUAL

Facebook-a hər gün nə qədər insan daxil olur?

24-04-2014, 22:01
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Facebook-a hər gün nə qədər insan daxil olur?
Facebook şirkətinin mobil tətbiqlərindən gündəlik istifadə edən istifadəçilərin sayı 2014-cü ilin martında 609 milyona bərabər olub, aktiv mobil auditoriyanın payı il ərzində 43% artıb.

ICTnews-ın verdiyi məlumata görə hər ay Facebookun mobil xidmətlərindən 1,01 milyard insan istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir. Facebook sosial şəbəkəsinin auditoriyası 1,28 milyarda bərabərdir.

Facebook-un direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırıb. Facebook şirkəti, həmçinin WhatsApp və Instagram xidmətlərinə sahibdir.

Mobil istiqamət, həm də Facebook-un biznes göstəriciləri üçün əsas istiqamətə çevrilir. 2014-cü ilin birinci rübündə sosial şəbəkənin reklam gəlirinin 59%-i mobil reklamın payına düşüb.
Mənbə
ANS PRESS


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI