PARADOKS

AKTUAL

Xoşbəxt olmagın sirri

27-07-2014, 12:51
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Xoşbəxt  olmagın sirri
İlahiyyatçı Fəlsəfə elimləri namizədi Rəşad Məmmədov.
Ailə yer üzündə ən qədim qurluşdur və insan cəmiyyətində vacib yer oynayır.Tarix boyu möhkəm ailələr cəmiyyətin sabitliyinin rəhni olmuşdur.Ailə uşaqların yetkin insanlar kimi böyüməsi üçün ən yaxşı mühitdir. Xoşbəxt ailə etibarlı və təhlükəsiz bir limandır. Bir anlığa ideal bir ailəni təsəvvür edək. İdeal bir ailə bir birinə səmimi,mehriban,və qayğıkeş olmalıdır.
Xoşbəxt ailədə böyüyən uşaq bilir ki ,əgər xəstələnərsə ata-anası onun qeydinə qalacaq və bütün gecəni növbə iləonun yatağının yanında gecəliyəcəklər.O başa düşür ki.qarşılaşdığı hər hansı bir problemlə əlaqədar valideyinlərinəmüraciət edərsə,məsləhət və kömək alacaqdır.
Bəli bu dünya nədərəcədə iztirablı olursa olsun.uşaq özünü ailədə təhlükəsiz hiss edir.Şərq atalar sözlərində gözəl bir kəlam deyilir:"Uşaqlar valideyinlərinənələr borclu olduqlarını,yalnız özləri valideyn olduqdan sonra anlayacaqlar"
Ailə nədir?
Qərb ölkələrində ailələrin çoxu ata - ana və uşaqlardan ibarətddir.Baba və nənə mümkün olduğu qədər ayrı yaşayırlar.Ailə uzaq qohumları ilə əlaqə saxlaya bilsədə , onlara olan məsuliyyət məhduddur.Lakin Quaranın Nisa surəsi 1 ci ayəsində buyurur:"Yaxınlarınızla əlaqəni kəsməkdən çəkinin"
Yaşadığımız zamanda bir çox ailələr yaranmışdır.
1) Natamam ailələr.
2) İkinci nikah nəticəsində yaranan ailələr.
3) Müxtəlif səbəblər üzündən valideyinlərindən ayrı yaşayan ailələr.
Təssüflər olsun ki, bu gün ailə həyatı yaxşılığa doğru dəyişmir.Buna misal Hindistanı göstərmək olar.Orada qadın öz ərinin ailəsi ilə yaşayır və onların nəzarəti altında işləyir. Lakin bizim günlərdə Hindli qadınların evdən kənarda iş axtarmaqaları artıq heç kimi təəccübləndirmir.
Bir çox ölkədə belə sual yaranır: Başqa yerdə çalışan qadın ailənin digər üzvləri ilə müqaisədə evdə nəqədər iş görməlidir?
Şərq ölkələrində möhkəm tellərlə bağlı olan böyük ailələrə tez tez rast gəlmək olunur,lakin qərbin fərdiyyəçilik təsiri və iqtisadi problemlərin təziqi altında ənənəvi böyük ailələr öz qüvvəsini itirməkdədir. Buna görədə yaşadığımız zamanda çoxları yaşa dolmuş qohumlarının qeydinə qalmağı borc və ya imtiyaz deyil.bir yük sayıllar.
Şübhəsiz ki,qocalarla amansızcasına davranış və ya onlara qarşı etinasızlıq münasibəti bu gün bir çox ölkələrdə insanlara xas olan xüsusiyyətə çevirilmişdir.
Boşanma get gedə adi hala çevirilir.İspaniyada təxminən 25 il bundan öncə 100 nikahdan yalnız biri boşanırdısa 20 ci əsrin son illərində bu say artıb və 8 nikahdan biri dağılır. Avropa üzrə yüksək sayda boşanmaların müşahidə edildiyi Böyük Britaniyada 10 nikahdan 4 ü dağılmaq üzrədir.
Oxşar müşahidə şərq qərb bir sözlə bütün dünyanı bürüməkdədir. Bəs bu əməl uşaqlara necə təsir göstərir?
ABŞ və bir çox başqa ölkələrdə nikahdan kənar doğulan uşaqların sayı get gedə artır və bəzi Anların özləri hələ yeniyetmədirlər.
Bəli ailə böhran vəziyyətindədir. Bir çox ailələrin xoşbəxt olmaması ,yeniyetmələrin valideynə itaətsizliyindən,uşaqlara qarşı amansız davaranışdan ,nikahda olan zorakılığdan,sərxoşluq və başqa dəhşətli problemlərdən irəli gəlir.
Çox saylı uşaqlar və böyüklər üçün ailə artıq sakit bir liman deyil. Ailə niyə böhran vəziyyətindədir?
Ardı var...


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI