PARADOKS

AKTUAL

Çimərlikdə istirahət edənlərin nəzərinə

7-07-2014, 09:54
  •     
  • MAQAZİN, |
  •  Oxunma:

Çimərlikdə istirahət edənlərin nəzərinə
Havaların isti keçməsi, paytaxt sakinlərinin sərinləmək və günəş vannası qəbul etmək üçün çimərliklərə axın etməsinə səbəb olub

Rəsmixəbər.Az-ın məlumatına görə, daha çox ailəvi istirahətə üz tutanlar uşaqlarını da götürüb paytaxtda fəaliyyət göstərən pullu və pulsuz çimərliklərdə maraqlı vaxt keçirməyi ümid edirlər.

Pulsuz çimərliklərdən fərqli olaraq, sizə göstərilən hər bir xidmətə görə pul ödədiyiniz çimərliklərin üstünlüyü, bura gələnlərin sözlərinə inansaq, təmizliyindədir.

Nümunə üçün deyək ki, siz 10 AZN ödəməklə fəaliyyət göstərən pullu çimərliklərin xidmətindən istifadə edə bilərsiz. Amma içəri daxil olduqdan sonra yemək, içmək və bu kimi digər xidmətlərə görə təbii ki, pul ödəməlisiz, lakin nəzərə alın ki, ödədiyiniz pulun müqabilində sizin təhlükəsizliyiniz və sağlamlığınız nəzarət altındadır.

Hər halda çimərlikdə istirahət etmək istəyənlərə seçim imkanının verilməsi, narazı vətəndaşların yaranmasının qarşısını alır. Odur ki, il ərzində bir dəfə yay olduğunu nəzərə alıb, çalışın çimərlik mövsümündən maksimum həzz alasınız.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI