PARADOKS

AKTUAL

Məmurun "kommersiya sirri" və yazıya görə həbs hədəsi...

23-03-2017, 10:08
  •     
  • Manşet, SON XƏBƏR |
  •  Oxunma: 278

Məmurun "kommersiya sirri" və yazıya görə həbs hədəsi...
Deyilənə görə, bir dəfə tanınmış müğənnilərdən biri rəhmətlik Habil Əliyevə yaxınlaşıb deyir:

- Habil müəllim, mənə də fəxri ad verildi.
- Habil müəllim də özünəxas tərzdə cavab verir:
- Bala, tutaq ki, onlar verdilər, bəs sən niyə götürdün?

Bu misalı niyə çəkdik? Resmixeber.az Anaxeber.az-a isitinadən bildirir ki, artıq bir müddətdir ki, media Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəisi Taleh Ziyadovun Anaxeber.az saytının baş redaktoru Azər Talıbovu məhkəməyə verməsindən yazır. Absurd iddialarla Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edən Ziyadov bununla öz qanunsuz əməllərini gizlətməyə çalışır. Bəli, korrupsiyaya bulaşmış məmur bir jurnalisti məhz yazıdığı yazıya görə həbsə atdırmaq istəyir.Məmurun "kommersiya sirri" və yazıya görə həbs hədəsi...
Ziyadov iddiasında göstərib ki, guya sayt Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı kommersiya sirrini yayıb. Cinayət Məcəlləsinin 202-ci maddəsi (Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə) ilə iddia qaldıran Ziyadov məhz məhkməyə deyil, prokurorluğa müraciət edib.


Öncə deyək ki, Ziyadov bir məmur kimi öz vəzifə səlahiyyətlərini bilmir, özünü sahibkar, biznesmən kimi aparır, nəzarətində olan dövlət qurumuna da ticarət obyekti kimi yanaşır. Bundan başqa, Ziyadovun addımları hüquqi baxımdan yanlışdır.

Məhkəməyə müraciət etmək əvəzinə Baş Prokurorluğa müraciət etməsi də özünüsığortadan başqa bir şey deyil. Yəqin, düşünür ki, məhkəməyə müraciət etsə, media davamlı olaraq, onun qanunsuz əməlləri barədə yazacaq və mediada yayılan faktlara əsaslanan Baş Prokurorluq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında araşdırmalara başlayacaq. Bununla da təbii ki, Ziyadovun karyerasına son qoyulacaq.

Hüquqi baxlmdan digər yanlışlıq odur ki, Ziyadovun əməlləri ifadə azadlığına qarşı olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusyasına ziddir. Halbuki Konstitusiyanın 50-ci maddəsində deyilir ki, hər kəsin məlumat əldə etmək və yaymaq hüququ var. Taleh Ziyadov isə faktiki qərəzli şəkildə mediaya, xüsusən də anaxeber.az saytına qarşı təzyilərə başlayıb.

Məsələnin maraqlı tərəfi budur ki, deyəsən, Ziyadov prezident İlham Əliyevin çıxışlarını dinləmir. Ölkə başçısı bütün çıxışlarında deyir ki, Azərbaycanda media azaddır, heç kəs yazdığı yazıya görə təqibə məruz qalmır, ifadə azadlığı qorunur. Ziyadov isə bunları görməzdən gəlir, əməlləri ilə ölkə rəhbərliyinin dediklərini kölgə altına alır və ölkə rəsmilərini beynəlxlaq təşkilatlar qarşısında sullarla üz-üzə qoyur.Məmurun "kommersiya sirri" və yazıya görə həbs hədəsi...
Qayıdaq yazının əvvəlindəki lətifəyəbənzər hadisəyə; ümid edirik ki, hüquq mühafizə orqanları bu məsələyə xüsusi diqqət ayıracaq, məmurun qanunsuz əməllərinin araşdırılmasına qərar verəcəklər. Yəni Ziyadov hanısa jurnalisti məhkəməyə verə və ya hüquq mühafizə orqanlarına şikayət edə bilər, amma aidiyyati qurumlar bu absur iddia və əsassız ittihamları icrata götürməyəcək - bir sözlə, ədalət sərgilməklə həm də ölkə başçısının dediklərinin real olduğunu təsdiq edəcəklər...

Turan


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI