PARADOKS

AKTUAL

Erməni şirkətini Bakıya kim gətirir?

8-02-2017, 09:01
  •     
  • Manşet, |
  •  Oxunma:

Erməni şirkətini Bakıya kim gətirir?
Resmixeber.az Anaxeber.az-a istinadən xəbər verir ki, ermənilərin rəhbərlik etdiyi şirkətin Bakıda fəaliyyətə başlayacağı haqda araşdırma materialıni diqqətinizə catdırırıq. Yazıda kifayət qədər ciddi məqamlar öz əksini tapıb. Həmin yazını təqdim edir:

"Yandex.Taksi" şirkətinin Azərbaycanda fəaliyyətə başlayacağına dair xəbərlər ölkə mətbuatında az qala işıq sürətilə yayıldı. “Yandex.Taksi” Azərbaycana gəlir” kimi başlıqlı xəbərlərdə bu şirkətin göstərəcəyi xidmətlərdən və hətta bu vaxta qədər Azərbaycanda görünməmiş sistemin tətbiq olunacağından bəhs olunurdu. Təəssüf ki, “Yandex.Taksi”nın Azərbaycanda fəaliyyətə başlmasına bir çoxları növbəti taksi şirkətinin yaranması kimi adi yanaşdı. Əslində isə məsələnin mahiyyəti daha dərindir…

Bakıda kimi təəccübləndirimək olar?

Gəlin əvvəlcə “Yendex.Taksi”nin “Azərbaycanda tətbdiq edəcəyi “yeni sistemə” nəzər salaq. Nədədir bu yenilik? Hansı yeni texnologiyadan istifadə olunacaq ki, azərbaycanlı sərnişinlərin “əli ağzında” qalacaq? Heç nə, adi bir naviqasiya sistemi. O sistem ki, indi Bakıda əksər taksi şirkətlərinin istifadəsindədir. Bəlkə online sifarişi nəzərdə tutular? Yox, bu da deyil, bu gün hər birimiz internetin imkanlarından istifadə edib, hər hansı opretorla telefon əlaqəsi yaratmadan taksi sifarişi verə bilirik. Yetər ki, olduğumuz və getdiyimiz yeri dəqiq göstərək. Dərhal telefonumuza məsafəyə görə hesablanmış ödəniş məbləği, avtomobilin markası və nömrəsi, eləcə də sürücünün mobil nömrəsi göstərilən bildiriş gəlir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin aplikasiyalarını telefona yükləməklə sifarişi daha rahat və sürətli eləmək mümkündür ki, bu imkandan da sərnişinlər çoxdandır ki, istifadə edirlər. Elə isə sual olunur: “Yandex.Taksi”nin prinsipial özəlliyi nədədir ki, onu ölkə mətbuatında “bəh-bəhlə” tərifləyənlər də tapılır?.. Əgər söhbət təkcə sifariş olunan taksinin qeyd olunan ünvana gəlişini mobil aplikasiya vasitəsilə müşahidə etməkdən gedirsə, bununla da Bakıda kimisə təəccübləndirmək olmaz.

Erməni şirkətini Bakıya kim gətirir?

Siyahıdakı üç erməni və izitirmə əməliyyatı…

Bəlkə də yuxarıdakı qeydlərə o qədər də ehtiyac duyulmazdı. Əgər söhbət təsisçisi ermənilər olan şirkətdən getməsəydi. Bəli, məhz bu fakt bizi “Yandex.Taksi”nin Azərbaycanda “yeni dövrün yeni xidməti” kimi təqdim olunmasının əslində şişirtmə olması və TƏHLÜKƏLİ məqamlara söykənməsi gerçəkliyinə diqqət yönəltməyə sövq etdi.

“Yandex.Taksi”nin təsisçisi Tiqran Xudaverdyan adlı ermənidir. Onun haqqında məlumatlarla tanış olarkən olduqca diqqətçəkən məqamlara rast gəldik. Deməli,”Yandex.Taksi”nin təsisçisi kimi hazırda Tiqran Xudaverdyanın adı göstərilsə də bir müddət əvvələ qədər bütün məlumat bazalarında onunla yanaşı daha iki erməninin adı qeyd olunurdu – Avanes Qulamsaryan və Levon Ambasaryan.

“Yandex.Taksi” Azərbaycanda da nümayəndəlik açmaq niyyətinə düşən kimi isə təsisçilər sırasında dərhal dəyişiklik aparılır və həmin iki erməninin adı yerli-dibli silinir. Bir qədər də dərinə gedib, Rusiyanın virtual məlumat bazalarındakı “Yandex.Taksi” izini axtarırıq. Araşdırmalar məlum edir ki, “Yandex.Taksi” adında bir neçə “OOO” (MMC) qeydiyyatdan keçib. Rusiya qanunvericiliyi hər hansısa adın potentləşdirilməsi faktı ortada olmadıqda eyni adda bir neçə şirkətin yaradılmasına imkan verir. Bu imkandan istifadə edən ermənilər Bakı “yürüşü”ndən əvvəl yeni bir “Yandex.Taksi” şirkəti qeydiyyatdan keçirir və təsisçi kimi artıq hüquqi şəxs olan birinci yaradılmış “Yandex.Taksi”ni göstərirlər. Tiqran Xudaverdyan isə dərhal baş derektora çevrilir(https://sbis.ru/contragents/7704340310/770401001). Bu gün Rusiyanın Federal Vergi Xidmətinin (ФНС – Федеральная Налоговая Служба) rəsmi saytında da “Yandex.Taksi”nin təsisçiləri bölməsində məhz hüquqi şəxsin adı göstərilib: “Yandex.Taksi” OOO”. Halbu ki, bir müddət əvvələ qədər təsisçilər siyahısında üç erməninin adı yazılırdı. Erməni hiyləsi burada da öz işini görüb - Bakıya “ayaq açmazdan” əvvəl ehtiyat tədbirlərinə əl atıblar...

Erməni şirkətini Bakıya kim gətirir?

“Limon taksi” səhifəsi...

Onu da qeyd etmək yerinə düşər ki, “Yandex.Taksi” ilə bağlı araşdırma apararkən bir maraqlı faktla da qarşılaşdıq. Belə ki, bəzi internet mənbələri vasitəsilə dəqiqləşdirdik ki, Azərbaycanda “Limon taksi” adında şirkət var. Lakin onunla bağlı rəsmi məlumat bazalarında hər hansı informasiya tapmaq mümkün deyil. Bakı küçələrində də “Limon” taksiləri gözümüzə dəyməyib. “Limon Taksi” adına yalnız Facebook-da rast gəldik, o da Yandex adı ilə yanaşı – “Yandex Azerbaijan Limon taxi”. Bu ad altında açılmış səhifədə hazırda hər hansı fəallıq müşahidə olunmur. Çox güman “Yandex.Taksi” Azərbaycanda məhz qeyd olunan ad altında fəaliyyət göstərmək istəyir.

İrəvandan idarə olunacaq sistem...

Yuxarıda TƏHLÜKƏLİ dediyimiz məqamlara gələk. Təsəvvür edin: Azərbaycanda avtomobillərin (Taksilərin) hərəkəti ermənilər tərəfindən idarə olunacaq. Nəzər aldıqda ki, “Yandex.Taksi”nin əsas ofislərindən biri məhz İrəvanda yerləşir, onda mənzərə bir qədər də aydın şəkildə göz önünə gəlir: İrəvanda oturan bir erməni qarşısındakı tabloda Azərbaycan paytaxtının küçələrində “Yandex.Taksi” avtomobillərinin hərəkətinə nəzarət edəcək, onlara istiqamət verib, hansı obyektən hansı obyektə getdiyini dəqiqliklə görəcək. Üstəlik həmin avtomobilin hansı obyektlərin yanından keçdiyini, hansı restorana, hansı əyləncə mərkəzinə və hansı məktəbə getdiyini ovcunun içində görürmüş kimi müşahidə edəcək. İndi gəl mobil rabitə ilə ötürülən siqnallar vasitəsilə partlayışlar törədildiyi bir zəmanədə ermənilərin Azərbaycanın nəqliyyat sisteminə daxil omasına görə narahat olma... Biz hələ müştəri olmadan müxtlif əşyaların, çantaların daşınması kimi xidmətlərin kənardan idarə olunmasının törədə biləcəyi fəsadlardan danışmırıq... Sizcə narahat olmağa dəyməzmi?

Erməni şirkətini Bakıya kim gətirir?

Qatı erməni milliyətçisi və İrəvandakı layihələr

İndi keçək “Yandex.Taksi”nin yaradıcısı və sahibi Tiqran Xudaverdyanın özünə. Bu adamın Rusiya mətbuatına verdiyi müsahibələrdən aydın görünür ki, o, milliyətçi təfəkkürə sahibdir və hər yaranmış fürsətdə İrəvanda keçirdiyi günlərindən, ümumən Ermənistan üçün gördüyü və görmək istədiyi işlərdən danşır. Onun təkcə Facebook-dakı səhifəsinə nəzər salmaq kifayətdir ki, dediklərimizin nə dərəcədə həqiqət olduğu təsdiqini tapsın. Bu adam hər 3-4 statusundan birini məhz Ermənistana, İrəvana həsr edir. Üstəlik Ermənistanda həyata keçirdikləri layihələrdən, açdıqları məktəblərdən və gələcəkdə həyata keçirəcəkləri işlərdən bəhs edir (Təqdim etdiyimiz fotolardan bir neçəsi məhz onun FB-dəki statuslarını əks etdirir - Red). T.Xudaverdyan Facebook-dakı səhifəsində İrəvanda çəkdirdikləri fotolarla yanaşı, tez tez Ermənistanın “gəzməli-görməli” yerlərini də nümayiş etdirir və bu tip fotoları xüsusi albomlar şəklinə salır. Deyə bilərsiniz ki, burada nə var? Hər bir kəs öz şəhəri və ölkəsini sevir və bu sevgidən doğan paylaşımlarda da qeyri-adi heç nə yoxdur. Əlbəttə, tamamilə doğrudur. Bizi narahat edən Tiqranın sosial şəbəkələrdəki fəaliyyəti, ölkəsi üçün gördüyü və görəcəyi işlər barədə yazıdlqarı deyil. Biz ona görə narahatıq ki, bu adamın gələcək layihələrinin maliyyələşdirənlər sırasında azərbaycanlılar da olacaq. Bəli, təpədən dırnağa qədər erməni milliyətçisi olan Tiqran Xudaverdyan və onun ətrafındakı yanlardan ibarət dəstə Azərbaycana soxulur və biz məhz ermənilərin “Yandex.Taksi” adı altında təqdim edəcəyi xidmətdən istifadə etməklə gələcəkdə Ermənistanda tikilməsi nəzərdə tutulan müxtəlif yönlü obyektlərin maliyyələşməsində iştirak edəcəyik. Bundan başqa, o da hər birimizə məlumdur ki, ermənilərin birincisindən tutmuş sonuncusuna qədər hamısı işğal etdikləri Dağlıq Qarabağ bölgəsində yaşayan qohum-əqrabalarının ayaqda durmasına, separtaçıların hərbi potensialının artırılmasına və sairə bu kimi istiqamətlərə vəsait ayırır, müxtəlif ianələr toplayaraq terrorçualara dəstək verməyə çalışırlar. Odur ki, Ermənistanda müxtəlif sosial layihələr həyata keçirən Tiqran Xudaverdyanın separatçılara dəstək verənlərin sırasında olması da qətiyyən şübhə doğurmamalıdır. Təsəvvür edin, azərbaycanlılar “Yandex.Taksi”nin xidmətindən istifadə edib Tiqranın cibini dolduracaq, o isə bu pullarla bizim əsgərlərimizə tuşlanacaq silahlar, güllələr alacaq... Odur ki, bizə maraqlıdır, “Yandex.Taksi”ni Azərbaycana gətirənlər və ya onun bu gəlişinə şərait yaradanlar üçün dövlət maraqları bu qədərmi az önəm kəsb edir? Axı bu şirkətin dövlətə də hər hansı bir xeyri dəyməyəcək. “Yandex.Taksi”yə öz avtomobilindən istifadə etməklə qoşula biləcək azərbaycanlı sürücülər fiziki şəxs VÖEN-i ilə işləyib, qazandıqları faizlərdən vergi ödəyəcəklər. Şirkətin faizi isə köçürüləcək Tiqran Xudaverdyanın hesabına...



“Yandex.Taksi”nin xəritədəki təxribatı

Nəhayət gələk “Yandex.Taksi”nin erməni xislətindən doğan təxribatına. Birincisi ondan başlayaq ki, bu şirkət fəaliyyətdə olduğu ölkələrin xəritəsindəki adları həmin ölkənin ana dilində təqdim edəcəyini elan edib. Lakin nədənsə Azərbaycanın artıq tərtib olunmuş xəritəsində bu qaydaya əməl olunmayıb. Şəhər və rayonlarımızdan yalnız bir neçəsinin adı öz dilimizdə qeyd olunub. O da rus dillində yazılmış formanın altında. Əksər rayonlarımızın adı isə ancaq rus dilində yazılıb. Amma Ermənistanın xəritəsində istisnasız olaraq bütün rayonların adı erməni dilində verilib. Bundan başqa, T.Xudaverdyanın komandası Bakıdakı bəzi memarlıq abidələrinin üzərinə xaç işarəsi qoyaraq həmin tikililəri erməni kilsəsi kimi təqdim edib. (Fotonu təqdim edirik - Red). Ən əsas məqam isə işğal olunmuş rayonlarımızla bağlıdır. Belə ki, “Yandex.Taksi”nin yaradıcıları, məsələn Ağdamı “Akna”, Xocalını “İvanyan”, Şuşanı “Şuşi”, Füzulini “Varanda” kimi göstəriblər... İndi biz bütün bunlardan sonra “Yandex.Taksi”nin Azərbaycana gəlişinə şərait yaratmağa şalışırıq. Sizcə niyə? Biz bu suala hələ ki, cavab tapa bilmirik. (Xəritə ilə buradan tanış ola bilərsiniz: https://taxi.yandex.ru/#index )

...Və nəhayət

Hər halda təəssüfləndirici haldır. Biz bəzən dövlət və milli maraqlarımızı adi bir kommersiya marağına qurban veririk və nəticədə arzuladığımız hədəflər əlcaltmaz uzaqlıqda dayanır... Bəlkə heç olmasa bu dəfə qətiyyət göstərək?...


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI