PARADOKS

AKTUAL

Vətəndaş dövlət orqanlarından kömək istəyir

15-05-2016, 19:07
  •     
  • Manşet, Ölkə, Dünya |
  •  Oxunma:

Vətəndaş dövlət orqanlarından kömək istəyir
Vətəndaş Elşad Tahirov Beyləqan rayonunda qeydiyyatdan keçirilmiş “Rusif” kəndli fermer təsərrüfatının direktoru Fəzail Kərimov, həmin təsərrüfatın mühasibi Kamalə Muradova və iflasa uğramış “Birlikbank” ASC-nin Idarə Heyətinin sədri Səriyyə Səmədovadan şikayətçidir. O, Resmixeber.az ”a göndərdiyi şikayət məktubunda yazır ki, 11 sentyabr 2007-ci ildə “Rusif” KFT-dan 11 min 960 dollar borc pulu alması barədə sənədə imza edib:

“Pulun məbləği ”məxaric xəzinə orderi”ində 11 min 960 ABŞ dolları olsa da, mənə faktiki verilən məbləğ 10 min dollar olub. Bu vəsaiti tanışım Kəmalə Ismayılovaya vermişəm və o, bank ödənişlərini özü ödəyib. Həmin təsərrüfata hər ayın 12-də 108 dolları qaytarmağa söz verdik. 12 oktyabr 2007-ci il tarixdən başlayaraq 2 il müddətində Kəmalə və Cəfərin vasitəsilə onlara 180 dollar qaytarılıb. Bundan əlavə, 700 dollar Qədirə verilib. Lakin müqavilə üzrə öhdəliklər yerinə yetirilməyib və banka olan kredit borcumun qaytarılması təmin edilməyib. Borc verən “Birlikbank” ASC və Sahibkarlığa Kömək Milli Fondu kredit müddətində vəsaiti geri tələb etməyib. Burdan məqsədləri açıq-aydın məlum olur. Evimizin sənədini geri tələb etdikdə məlum olub ki, onlara verdiyimiz pulları etimadımızdan sui-istifadə edərək mənimsəyib öz şəxsi pulları kimi xərcləyiblər.

Sonradan aşkar olub ki, “Birlikbank” ASC ilə “Rusif” KFT arasında 03 sentyabr 2007-ci ildə 60 aylıq kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, ət və süd məhsullarının istehsalının artırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Rusif” KFT-yə illik 7 faiz dərəcəsilə 150000 manat məbləğində kredit verilib. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi üçün bizə məxsus yaşayış evindən əlavə, tanışımız olan Cəfərova Rənaya məxsus Abşeron rayonu, Mazasır qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən mənzil və Həmidov Aslana məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsi, X. Vəliyev küç. ev-22 a ünvanında yerləşən yaşayış evi bir-birimizdən xəbərsiz “Birlikbank”da girov qoyulub.

Girov qoyduqlarına görə Cəfərova Rənaya 11 sentyabr 2007-ci il tarixli “məxaric xəzinə orderi”nə əsasən, 14500 manat (əslində 12000), Həmidov Aslana isə 12 sentyabr 2007-ci il tarixli “məxaric xəzinə orderinə” əsasən, 12 min 200 ABŞ dolları (əslində 10000) verilib. 2000 manatı Kəmalə Muradova götürüb. Yerdə qalan vəsait isə yuxarıda adları çəkilən şəxslər arasında bölüşdürülüb.

Müqavilə bağlanarkən “Birlikbank” ilə “Rusif” KFT birlikdə düşünülmüş şəkildə bizi aldaıblar. Baş mühasib Kəmalə Muradova, təsərrüfat direktoru Fəzail Kərimov, onların tanışları Cəfər və Qədir, eləcə də “Birlikbank”ın Idarə Heyətinin sədri olmuş Səmədova Səriyyə və digər vəzifəli şəxlər qeyri-qanuni yollarla dövlətə, eləcə də bankda girov qoyulmuş 3 evin mülkiyyətçisinə külli miqdarda maddi-mənəvi ziyan vurub. Onlar dövlətin kəndli fermer təsərrüfatlarının inkişafına ayırdığı 150000 manat pul vəsaitini güzəştli kredit adıyla alıb öz təyinatı üzrə sərf etmək əvəzinə mənimsəyiblər.

Məhkəmə araşdırma apararkən və qətnamə qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməyib və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmayıb. Bundan başqa, məhkəmə cavabdehin proses zamanı iş üçün mühüm əhəmiyyəti olan bəzi izahatlarına da əhəmiyyət verməyib və əsassız qətnamə qəbul edib”.

Qeyd edək ki, Elşad Tahirov pul vəsaitinin toplanıb borcların ödənilməsinə görə hərracın vaxtının uzadılması və yuxarıda adları sadalanan şəxslərin məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqanlardan kömək istəyir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI