PARADOKS

AKTUAL

“Nar mobile”in limitsiz fırıldağı – FAKT

12-05-2016, 19:54
  •     
  • Manşet, Ölkə, Dünya |
  •  Oxunma:

“Nar mobile”in limitsiz fırıldağı – FAKT
[i]"Nar Mobile” operatorunun data kartından limitsiz istifadə haqda müdhiş faktlar var.

"Mən, adətən 20 manat ödəyib limitsiz "Nar 3G+” data kart xidmətindən istifadə edirəm. Bir neçə gün əvvəl, gördüm ki, xidmət aktiv deyil. Operatora zəng etdim. Dedilər ki, ödənişinizin vaxtıdır, ona görə. Data kartda istifadə etdiyim nömrəmə 20 manat ödədim.

Resmixeber.az Xalqxeber.az -a istinadən məlumat verir ki, Cəmi üç gün istifadə etdikdən sonra rabitə yenə kəsildi. Nar Mobile zəng vurdum. Mənə bildirdilər ki, siz limitsiz xidmətdən istifadə etmək üçün müəyyən kodu daxil etməlisiniz. Qeyd edim ki, ödənilən məbləğlə bağlı heç bir irad bildirilmədi. Deməli, mən yeni çıxan qaydaya görə, kodu daxil etmədiyim səbəbindən limitli xidmətə qoşulmuş olmuşam.
Nəticədə, mənim 20 manatım bir neçə gün ərzində operator tərəfindən həzm olundu. Maraqlıdır, bu yeniliklə bağlı mən, bir müştəri kimi niyə məlumatlandırılmamışam? Hesab edirəm ki, bu, açıq-aydın müştərilərin aldadılması və cibinə girilməsi anlamına gəlir”.
Azinforum.az Nar Mobile-la əlaqə saxlayıb. Şirkətdən bizə bildiriblər ki, balansı limitsiz etmək üçün 20 manatın ödənilməsilə yanaşı, eyni zamanda, kod yığılmalıdır.

Maraqlıdır, niyə həmin kodu operatorun özü daxil etmir? Ortaya məntiqi sual çıxır- Hansı ağıllı 20 manatı verib limitsiz əvəzinə limitlə danışmaq istəyər? Təbii ki, bunu operatordan başqa heç kim istəməz…


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI