PARADOKS

AKTUAL

"Nar Mobile"da erməni izi - şirkətdə qamaqal böyüyür

12-05-2016, 13:08
  •     
  • Manşet, Ölkə, Dünya |
  •  Oxunma:

"Nar Mobile"da erməni izi - şirkətdə qamaqal böyüyür Reüsmixeber.az -azerinews.org Saytına isitinadən bildirik ki,
Baş direktor Kent Maknili, maliyyə müdiri Könül Kərimova və insan resursları üzrə direktor Mətanət Babayeva hansı işlərlə məşğuldur? Bildiyiniz kimi, ölkəmizdə fəaliyyət göstərən mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hala çevrilib. Uzun müddətdir ki, bununla bağlı mediada məlumatlar yayılır. Vətəndaşlar da artıq mobil operatorlardan şikayətçi düşməkdən beziblər. Hansı operatordan istifadə etsələr, eyni problemlərlə qarşılaşırlar. Ona görə də dərdlərinə çarə tapa bilməyən vətəndaşlar öz şikayətlərini mətbuata ünvanlayır. Fikirləşirlər ki, bəlkə nə vaxtsa operatorlar insafa gəlib öz nöqsanlarını aradan qaldırar. Ancaq təəssüflər olsun ki, bu qədər şikayətin olmasına baxmayaraq, operatorlarda olan nöqsanlar aradan qaldırılmır, əksinə, şikayətlər və narazılıq günü-gündən artır. Sanki vaxtaşırı mənasız kampaniyalarla “rəqabət” mənzərəsi yaradan operatorlar əslində rəqabət aparmırlar, öz aralarında anlaşaraq müştəriləri elə müştərək şəkildə istismar edirlər. Gundelik-baku.com-un mətbuat üzərindən apardığı araşdırmalar göstərir ki, mobil operatorlar sırasında ən çox nöqsanlar olan operatordan biri də “Azerfon” MMC şirkətidir.


Məsələn, «Nar mobile” özünün “sərfəli” internet paketləri ilə fəxr edir. Xüsusilə də, “limitsiz” paketlərlə. Lakin istifadəçilər bundan da narazıdır, çünki ortada “limitsiz” deyə bir şey yoxdur. İnsanlar “Facebook” səhifəsində dəfələrlə qeyd edirlər: “Gündə bir mənasız kampaniya düşününcə, internet və danışıq tariflərini ucuzlaşdırın”. Belə ki, bir neçə ildir ayda 20 manat ödəyərək “Nar Mobile” aylıq limitsiz internet paketindən istifadə edən abunəçilər daim şikayətlənir ki, əvvəllər bu paketdən istifadə zamanı internetin sürəti qismən də olsa normal idi. Ancaq son aylarda aylıq limitsiz internet paketindən istifadədə problemlə üzləşməyə başlayıb. Müştəri aylıq limitsiz internet paketini aktivləşdirəndən cəmi 15-16 gün sonra internetin sürətinin kəskin azaldıldığını müşahidə edir. Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən GSM standartlı “Nar Mobile” mobil operatoru digər mobil operatorlarla müqayisədə abunəçilərinə keyfiyyətsiz xidmət təqdim edir. Abunəçilərin şikayətlərinin məğzi eynidir: zənglər getmir və daxil olmur. Bəziləri isə rabitə xidmətindən istifadə etməyə müvəffəq olsa da, əlaqənin keyfiyyəti bərbad olub və müəyyən qırılmalar müşahidə olunur. «Facebook»da bir neçə profil sahibi “Azərfon”un icazəsiz, xəbərsiz onların ciblərinə girmələrindən və pul vəsaitlərini oğurlamalarından şikayətləniblər. Hətta bu soyğunçuluq hərəkəti ilə bağlı foto-faktlar da paylaşılıb. Yayılan məlumatlara görə, mobil şirkəti heç bir rəsmi bildiriş-filan olmadan hər gün balansdan 59 qəpik pul silinməsini təmin edir:


«Bundan xəbərdar olan kimi 777 ilə əlaqə yaratdım. Daha sonra mənə mesaj göndərib, zorla inandırmağa çalışdılar ki, guya hansısa pullu sayta abunə olmuşam. Buna görə məndən 59 qəpik oğurlanırmış. Yenidən 777-ilə danışdım. Uzun-uzadı danışsaq da, xeyri olmadı. Nəhayət, məni inandırmağa çalışdılar ki, hansısa sayta zəng edim. Yəni gedən gedib, qalan pulunuzu qorumaq istəyirsinizsə, saytla əlaqə yaradın. Onlarla əlaqə yaratmaq isə mümkün deyil. Bir də axı, mən “Azərfon”un müştərisiyəm. Niyə bu operator mənim xəbərim olmadan hansısa fırıldaqçı şirkət və saytlara abunəçilərini calayır? Niyə bizi pullu abunələrə özbaşına qoşurlar ki?! Nə maraqları var? Bizi soymaqla bu operatordan kütləvi imtina etməyə səbəb verdiklərinin fərqində deyillərmi?». «Azərfon» MMC ilə bağlı ən ağlasığmaz iddia isə Ermənistan şirkətləriylə əlaqə haqdadır. Belə ki, mətbuata özünü şirkətin nümayəndəsi kimi təqdim edən Yusif Nəcəfov adlı şəxsin bildirdiyinə görə, payçılardan biri gizli şəkildə Ermənistan şirkətləriylə əlaqə qurub. Onun sözlərinə görə, ötən ilin sonundan etibarən işçilərin kütləvi ixtisarına başlanılıb. Lakin bu zaman kobud qanun pozuntularına yol verilib. Şikayətçi bildirir ki, Əmək Məcəlləsinə uyğun olaraq ixtisar zamanı işçilərin təhsili, stajı və ailə vəziyyəti nəzərə alınmalı olduğu halda, buna məhəl belə qoyulmayıb: «Tənha analar, ailəsinin tək işləyən işçiləri ixtisar edilsə də, bir ailədən və yaxın qohumdan ibarət olanları vəzifə başında saxlayıblar. İşdə qalanların çoxu tanışlıq sayəsində, ya da kadrlar idarəsinin rəhbəri Mətanət Babayevaya pul verməklə istəklərinə nail olublar. Şirkətdə 30-40 min manat maaş alan əcnəbilərdən biri əgər ixtisar edilsəydi, bu ona yaxın işçinin işdə qalmasını təmin etməyə imkan verərdi. Lakin hər şey tərsinə baş verir. Xarici vətəndaş işində qalır, yerlilər isə işdən çıxarılır. Bakının ən bahalı otel və mərkəzdə yerləşən evlərində yaşayan bu adamlar xərclərini şirkətin hesabına ödətdirirlər.


Bu azmış kimi, övladlarının da adlarını şirkətdə işçi kimi yazdırıb, onların adına maaş alırlar. Şirkətin baş direktoru Kent Maknili maliyyə direktoru ilə yaxın əlaqələrindən istifadə edərək bir sıra qanunsuzluqlara əl atır. Nəticədə şirkətə külli miqdarda zərər dəyib. Maliyyə üzrə baş müdir Könül Kərimova uzun müddətdir özünü sabiq rabitə naziri Əli Abbasovun adamı kimi təqdim edirdi. Son dövrlər isə bu barədə ümumiyyətlə danışmır. Şirkətin marketinq direktoru Maks Fyodrov vətəndaş nikahı ilə yaşadığı Taisiya adlı xanıma bütün imkanları yaradıb. Kent Maknili öz qızının adını da şirkətə yazdıraraq uzun müddətdir ona işçi və şirkətin məsləhətçisi kimi pul ödətdirir. Öz ölkələrinə ildə 2 dəfə gedib-gəlmə pullarını şirkət ödəyir. Qalan hallarda isə həmin pulu özləri ödəməlidirlər. Bunun üçün saxtakarlıq edib özlərinə ezamiyyə yazdırıb, pulunu şirkətə ödətdirirlər. Milliyyətcə yunan olan Yorqos Ermənistan şirkətləri ilə əlaqələr qurub. Deyilənə görə, Ermənistanın ZET və “Arto Lebedev” şirkətləriylə gizli əlaqələr qurulub və pullar köçürülüb. Türk şirkətləri ilə əlaqələrə imkan verməyən Yorgos digər işçini də yunan millətindən təyin edib». Ən maraqlısı isə odur ki, şirkət rəsmiləri göstərilən faktlarla bağlı mətbuata heç bir açıqlama verməyiblər. Yaxşı olardı ki, aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları şirkətin rəhbər işçilərinin fəaliyyətini dərindən araşdırsınlar və əgər həqiqətən də belə faktlar mövcuddursa, o zaman ciddi tədbirlər görsünlər. Yazı ilə bağlı şirkət rəsmilərinin də mövqeyini dərc etməyə hazırıq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI