PARADOKS

AKTUAL

17 yaşlı gənc özünü asdı

8-05-2016, 13:02
  •     
  • Manşet, Paradoks |
  •  Oxunma:

17 yaşlı gənc özünü asdı
İmişli rayonunda intihar hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə bildirdilər ki, rayonun Sarıxanlı kənd sakini, 1999-cu il təvəllüdlü Murad Tofiq oğlu Aslanov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən gecə saatlarında asaraq intihar edib. Onun asılmış meyitini səhər saatlarında ailə üzvləri həyətə düşərkən aşkar ediblər.
17 yaşlı gəncin özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil
Faktla bağlı İmişli Rayon Prokurorluğunda CM-nin (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ölkə ərazisində sonuncu özünüasma faktı iki gün əvvəl Ağdam rayonu Zəngişalı kəndində qeydə alınıb. 1989-cu il təvəllüdlü Nağıyeva Aynur Etibar qızı özünü yaşadığı evin çardağından asıb. Aynurun asılmış cəsədini ilk olaraq həyat yoldaşı aşkar edib və onda artıq heç bir həyat əlamətinin olmadığını görüb. İki uşaq anası olan mərhumun psixi və fiziki sağlamlığı ilə problemi olmayıb.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI