PARADOKS

AKTUAL

Ekologiya nazirliyində paket davası: Aparat rəhbəri ilə birinci müavin arasında qalmaqal

3-05-2016, 13:17
  •     
  • Manşet, Ölkə, Dünya |
  •  Oxunma:

Ekologiya nazirliyində paket davası: Aparat rəhbəri ilə birinci müavin arasında qalmaqal
Ekologiya və Təbii Sərvətlər nazirliyindən Resmixeber.az - a daxil olan ilginc məlumata görə nazirliyin aparat rəhbəri Rövşən Cəlilovla birinci müavin Novruz Quliyev arasında ciddi problemlər ortaya çıxıb. Məlumatı verən mənbəmiz iddia edir ki, nazirliyin müavinlərinə və departament rəhbərlərinə əmək haqqlarından başqa əlavə paket sistemidə verilir. Həmin paket sistemini isə nazirliyin aparat rəhbəri Rövşən Cəlilov nəzarət edir. Daha doğrusu vəsaitlərin yığılması və çatdırılması işini aparat rəhbəri həyata keçirir. Ekologiya və Təbii Sərvətlər nazirliyindəki mənbəmiz bildirir ki, son 3 ayda nazir müavini Novruz Quliyevlə aparat rəhbəri Rövşən Cəlilovun münasibətləri kəskin şəkildə pisləşib. Buna səbəb nazir müavini Novruz Quliyevə çatacaq paketdəki məbləğin azaldılmasıdır.Mənbəmiz qeyd edir ki, nazirlikdə bütün digər müavinlərin və departament rəhbərlərində paket payı azaldılıb. Ancaq bu azalmaya nədənsə ən çox narazılıq edən şəxs Novruz Quliyev olub. İddiaya görə nazir müavini onun paketinin kəsilməsini aparat rəhbəri Rövşən Cəlilovla bağlayır. Novruz Quliyev düşünür ki, onun paketinin azaldılmasının səbəbkarı və günahkarı Rövşən Cəlilovdur. İnformasiya mənbəmiz bildirir ki, Rövşən Cəlilovla Novruz Quliyevin heç zaman isti münasibətləri olmayıb.Bunun əsas səbəbi nazirlikdəki güc və maliyyə qaynağının böyük hissəsinin Rövşən Cəlilovda olmasıdır. Hətta Novruz Quliyevin kurasiyasındakı bir çox işləridə Rövşən Cəlilov yönləndirir. Məhz bu səbəbdəndə Novruz Quiyevin nazirlikdə əli qolu bağlı qalıb. Nazir müavini yalnız aylıq paketi və nazirliyin hesabına vaxtı ilə özünə götürdüyü əraziləri işlətməklə gəlir əldə edir. Mənbəmiz qeyd edir ki, bir çox meşə müdirləri Rövşən Cəlilovun onlara çökməsindən bezərək dəfələrlə Novruz Quliyevə şikayət ediblər. Birinci müavin isə öz növbəsində rəqibini sıradan çıxartmaq üçün direktorların şikayətini nazir Hüseynqulu Bağırova çatdırıb. Ancaq hər dəfə şikayətçilərin problemi ilə məşğul olmağı aparat rəhbəri Rövşən Cəlilova tapşırıb. Bu isə həm Novruz Quliyevi həmdə şikayətçi direktorları çətin vəziiyətdə qoyub. Məlumatlı şəxs qeyd edir ki, nazirin Rövşən Cəlilovdan şikayət edənləri onun özünə yönləndirməsi Novruz Quliyevin bütün direktorlar arasında hörmətini aşağı salıb. İndi isə paketi azaldılan Novruz Quliyev bütün günahı rəqibi Rövşən Cəlilovda görür. Mənbəmiz bildirir ki, noyabr ayından sonra nazirliyin rayonlardakı Meşə Bərpası və Mühafizəsi idarələrindən alınan aylıqlar azaldılıb. Buna səbəb ölkə prezidenti İlham Əliyevin rüşvətxor məmurlara qarşı sərt tədbirlərin görüləcəyi ilə bağlı verdiyi mesajlar səbəb olub. Çünki nazirliyin bütün rüşvət sisteminə birbaşa aparat rəhbəri Rövşən Bağırov nəzarət edir. Aparat rəhbəri hər bir meşə idarəsi direktorundan ayda 300-500 manat, ildə isə 15 -20 min manat haqq alır. Həmin haqq isə Meşələrin Mühafizəsi və Bərpası Mərkəzlərinin direktorları tərəfindən meşə torpaqlarının müxtəlif iş adamlarına qanunsuz kirayə verilməsi, meşələrdə təsərrüfat sahələrinin saxlanılaması, meşə torpaqlarının direktorlar tərəfindən şəxsi olaraq istifadə edilməsinə görə alınır. Ümumilikdə bir meşə idarəsi direktorunun illik gəlirinin 60-70 bəlkədə 100 min manata yaxın olduğu iddia edilir. Bu vəsaitin isə cəmi 20-25 min manat arası Rövşən Cəlilova çatır. Meşə idarələri ilə bərabər nazirliyin digər qurumlarındanada ildə ən azı 3 dəfə haqq yığılır. Aparat rəhbərinin yığdığı bu vəsaitlər isə adətən nazirliyin paket sisteminə və nazirin bəzi xərclərinə istifadə olunduğu deyilir. İndi isə Novruz Quliyev hər ay aldığı 5 min manat paketinin yarı hissəsinin azalmasına ciddi şəkildə narazılıq edir. Mənbəmiz iddia edir ki, əslində Ekologiy və Təbii Sərvətlər nazirliyində yaxın günlərdə bu narazılqılar çoxalacaq. Çünki Hüseynqulu Bağırov bütün nazirliyin maliyyə qaynağını Rövşən Cəlilova həvalə edib. Aparat rəhbəri isə öz növbəsində həmin vəsaiti istədiyi kimi xərcləməklə istifadə etməklə məşğuldur. Bu isə digər müavinləri və departament direktorlarınnın narazılığına səbəb olur.
Növbəti sayımızda Rövşən Cəlilov onun haqqında mətbuata ötürülən ilginc informasiyalara görə kimdən şübhələnir?
Aparat rəhbəri meşə idarələrindəki əməkhaqqı maxinasiyasından ayda nə qədər qazanır?
Novruz Quliyev nazirliyin hansı ərazilərini yaxın adamlarının adına rəsmləşdirib?
Nazir müavinləri və aparat rəhbəri səfalı rayonlarda nə qədər meşə ərazilərini öz adlarına keçiriblər?
Nazir Hüseynqulu Bağırovun oğlu sonuncu dəfə hansı xarici ölkədə istirahət edib?


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI