PARADOKS

AKTUAL

“Vətən hər birimizdən başlamalıdır” – Nicat Ülfətoğlu

27-04-2016, 22:00
  •     
  • Manşet, İqtisadiyyat |
  •  Oxunma:

“Vətən hər birimizdən başlamalıdır” – Nicat Ülfətoğlu
Yəni, hazırkı informasiya sferası ənənəvi KİV-in xələfi kimi jurnalistika prinsiplərinə lazımi şəkildə riayət edirmi?

-Sosial media informasiya texnologiyalarının inkişafı ilə birbaşa bağlı olan sahədir. Nəzərə alsaq ki, insanların böyük əksəriyyəti internet istifadəçisidir, belə olan halda, insanların internetə maraqdan yaranan zərurəti sosial mediaya olan təlabatı artırır. Sosial medianın ictimai rəyə birbaşa təsir imkanları daha çox olduğundan ənənəvi medianı üstələyir. İnsanlar xəbər aclığını rahat şəkildə sosial medianın imkanlarından yararlanaraq ödəyə bilir. Hansı KİV-lər ki, peşəkarlıqdan uzaqdır, jurnalistkaya maddiyyat gözü ilə baxır, xəbərə maraqlar üzərindən baxır, şübhəsiz ki, onun gələcək iş fəaliyyəti çox qısa olacaqdır. Bu cür media orqanları gec-tez süzgəcdən keçə bilməyərək xırda zərrəciklər olaraq qalacaqlar.Hər bir media orqanı qarşısına məqsəd qoyaraq sağlam rəqabət yolunu seçərək fəaliyyət göstərsə onun gələcəyi parlaq olar…

-Yəni, razılaşırsınızmı, sosial media interaktivlik, zaman-məkan sərhədsizliyi, rəqəmsallıq baxımından vətəndaş jurnalistikası anlayışını daha da fəallaşdırdı?

-Az öncə qeyd etdiyim kimi, müsair dövrümüzdə insanların intenetə olan təlabatı nəticəsində sosial media öz varlığını artıraraq hamının evinə daxil oldu. İndi hər kəs üçün xəbər axtarışı sərhədsiz olaraq asanlaşdı, informasiyanı əldə etməyə sərf edilən vaxt məhdudiyyəti aradan götürüldü. Bunun nəticəsidir ki, insanlar sosial media vasitəsi ilə öz istək və arzularını ifadə edə bilir, paylaşır, sosiallaşır. Beləliklə, müsair dövrün hər bir yeniliyi vətəndaş jurnalistkasını daha da formalaşdırır, yeniləşdirir…

-Bütün bu dediyimiz məqamlar praktik jurnalistikaya tərəf kökləndi. Bəs belə olan halda, jurnalistika nəzəriyyəsi üçün xoş olmayan vəziyyət yaranmırmı?

-Bilirsiniz, praktik jurnalistika nəzəri prinsiplərə söykənərək, həmrəy olaraq formalaşmalıdır. Jurnalistika nəzəriyyəsi jurnalistin peşəkarlıq səviyyəsində müstəsna əhəmiyyətə malikdir. Bir sözlə, nəzəriyə ilə praktikanın vəhdəti jurnalistika peşəsində peşəkar jurnalist olmaq istəyənlər üçün olduqca vacibdir.

-“Vətən haradan başlayır?” – sualına məqalənizin kontentində yetərli izah vermisiniz. Bəs, bu gün kiberməkan mühitində necə davranmaq lazımdır ki, BİZ-dən başlayan Vətən sözünə xələl gəlməsin?

-Vətən hər birimizdən başlamalıdır. Vətən müqəddəsdir.Onu qorumaq, sevmək, əzizləmək hər birimizin borcudur. Vəzifəmizdən, peşəmizdən, harada yaşamağımızdan asılı olmayaraq vətənimizin keşiyində durmalıyıq. Çalışmalıyıq ki, vətənimizin gözəlliyini, tolerantlığını, adət və ənənələrini dünyaya təqdim edək. Dünya da bizi sivil bir vətənin övladları kimi tanısın, bizdən örnəklər götürsün. Övladlarımızı vətənpərvərlik ruhunda böyüdərək vətənimizə öz töhfəmizi verməli, vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik…

“Vətən hər birimizdən başlamalıdır” – Nicat Ülfətoğlu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI