PARADOKS

AKTUAL

Xəyal Abdullayev – İlk addım fəlsəfəsi

9-04-2016, 00:48
  •     
  • Manşet, Müxtəlif |
  •  Oxunma:

Xəyal Abdullayev – İlk addım fəlsəfəsi
Axı fəlsəfə tarixində bu yoxdur.Bəli yox idi, ama bundan sonra olacaq. Bunu mən şəxsi həyatımdakı bir çox qazandığım təcrübələrim və bu təcrübələrimdən çıxardığım nəticələr əsasında kəşf etmişəm.
Nədir bu ilk addım fəlsəfəsi? İlk addım fəlsəfəsi ömrü boyu qorxaraq və çəkinərək etmədiyiniz işləri etməkdə, həm bu işdə ilk addımı atmaqda, həm də uğur qazanmaqda sizə kömək edə bilən bir uğur fəlsəfəsi, bir açardır. Yaxşısı gəlin sizə bunu necə praktikaya çevirəcəyinizi başa salım. Demək necə edirsiniz? Etməyə ən çox qorduğunuz və çəkindiyiniz istədiyiniz bir şeyi götürün. (ölüm riskini çıxmaq şərti ilə) Lap ola bilər ki, etməyə çox qorduğunuz bu işi ömründə heç vaxt etməmisiniz, bu ilkdir və dəhşət dərəcədə bu işdə ilk addımıatmağa çəkinirsiniz. Buna görə əsla narahat olmağa dəyməz dostlar. Bu hər kəsin həyatında olur əslində. Dünyada inanmaram ki, kimsə həyatında bu hissləri keçirməsin. Ona görədə bu qorxu və komplekslərin sizdə olmasına görə özünüzü özəl olaraq yaradılmış bədbəxt və şanssız bir insan kimi hiss etməyinizə həqiqətəndə heç gərək yoxdur. (Məndə də çox olub belə hallar. Hər dəfə ömrü boyu etmədiyim bir işdə ilk addımı atarkən hansısa qüvvələr məni saxlamağa təhrik edib. Ama mən hər dəfə çalışıb bütün bunların hamısını bu yolla – yəni qorxduğum şeyin üzərinə getməklə aradan götürmüşəm) Demək edəcəyiniz işi müyyənləşdirirsiniz. Sonra beyninizdə ki, bütün informasiyaları – nə varsa hamısını silirsiniz. Hər şeyi unudursunuz. Bir sözlə beyninizi 5-cə dəqiqəlik format veririsiniz. Və özünüzdə azacıq olsa da cəsarət toplayıb ilk addımı atırsınız. Siz sadəcə və sadəcə heç nəyi düşünmədən və mühakimə etmədən kor-koranə olaraq ilk addımı atın və qalan hər şeyi öz axınına buraxın. Çünki çətini və ən əsası da önəmli olan həqiqətəndə ilk addımı atmaqdır. Qalanını beyniniz özü avtomatik edəcək. İnanmırsınızsa, bir dəfə də olsa bunu edin və baxın. Bunu dəfələrlə praktikada keçirmişəm. Ona görə bu qaydanın, eləcə də fəlsəfənin işlədiyinə bu qədər tam əminəm.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI