PARADOKS

AKTUAL

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" "Məktəb ailəsi" təlim istirahət düşərgəsi layihəsi müvəffəqiyyətlə başa catıb

9-08-2019, 14:21
  •     
  • Manşet, Ölkə |
  •  Oxunma: 380

Beləliklə, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" (VMA)-nin "Məktəb ailəsi" təlim istirahət düşərgəsi layihəsi müvəffəqiyyətlə başa çatmış 3 rayon Astara, İsmayıllı, Quba üzrə 60 əvəzinə 82 nəfəri əhatə etməklə səfər turlarimiz başa çatdı. Bu turlar və layihə bizə nə verdi?:
1. Təhsil iştirakçıları - valideynlər, muəllimlər, şagirdlər, təhsil ekspertləri, media nümayəndələrinin təhsilin aktual problemləri üzrə maraqlı müzakirələri və onlardan irəli gələn problemlər üzrə yeni təkliflər.
2. Müxtəlif təbəqə və icmaların (təhsil iştirakçıları, ekspert və media) səmimi ünsiyyəti, diaqloqu və əməkdaşlığı
3. Yeni insanlarla tanışlıq, əlaqə və dostluq
4. Əhalini və təhsil iştirakçılarının narahat edən problemlər üzrə suallara aydınlıq, məlumatlanma, maariflənmə
5. Nümunəvi təhsil iştirakçılarının və istedadlı uşaqların olkəmizin gozəl gusələrində istirahəti, dincəlməsi.
6. Yeni, perspektiv, isguzar əməkdaşlıq əlaqələri və birgə komandada iş vərdişlərinin formalaşdırılması
7. İstedadlı uşaqların istedadlarının nümayişi
8. Dövlət İmtahan Mərkəzinin yerli regional bölmələrinin əhalini narahat edən sualları cavablandırmasi, imtahan və digər problemlərlə bağlı məlumatlandırma və DİM-lə əməkdaşlığın yeni mərhələyə çıxmasına şəraitin yaradılması
7. Təhsil ekspertlərinin AVMA ilə yaxından əməkdaşlığı
8. Media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi
9. Uşaqlara tarix və mədəniyyətimizi təbliğ etmək imkanları
10. Ölkəmizin gözəl təbiəti, mədəniyyəti, azsaylı xalqların ənənələri ilə tanışlıq
11. Könüllülərlə maraqlı iş
12. Valideyn Fokus Qrupları və gənclərlə əməkdaşlıq və daha nələr, nələr.
Əlavə olaraq layihə iştirakçılarının öz təşəbbüsü ilə avqust ayının ikinci yarısı daha bir yeni tur Qəbələ Qax (Oguz) turu da planlaşdlrılır. İştirak etmək istəyənlər [email protected] elektron poçtuna və ya www,vma.az saytına müraciət edə bilərlər.
Bu layihədə iştirak edib dəstək verən təhsil ekspertləri Nadir İsrafilov, Nisə Cavanşir, Nabatəli Qulamoglu, Fərman Abdullayevə, Təhsil Şurasından Zabul Əhmədova, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadəyə, DİM Xaçmaz, Göyçay, Lənkəran regional bölmələrinin rəhbərliyinə, QHT RTM-nin Şirvan, Lənkəran, Qəbələ, Quba üzrə rəhbərlərinə, rəsmixeber.az, mektebgushesi.az, tehsilshurasi.az, mövqe.az, vma.az saytlarına, məktəb direktorlarına, regionlardan gələn Lənkəran, Qusar və İmişli nümayəndələrinə, bütün təhsil iştirakçılarına-valideynlərə, müəllimlərə, şagirdlərə öz minnətdarlığımı bildirirəm.
Layihəyə maliyyə dəstəyi verən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, layihənin yerlərdə icrasına təskilati dəstək verən Prezident Administrasiyasına, Təhsil Nazirliyinə, Astara, Quba, İsmayıllı rayonlarının İcra Hakimiyyəti Başçılarına, tədbirlərə operativ reaksiya verən Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və iştirak edən regional bölmələrinin rəhbərlərinə xüsusi minnətdarlığımızı bildiririk.
Layihə başa çatdı, xoş xatirələr isə uzun illər yaddaşlarda qalacaq. İştirakçılar tədbirlərin necə keçməsi barədə özləri qiymətləndirmə verə bilərlər. Mediada tədbirlərin bütün video materialları hissə-hissə yayılacaqdir.
Belə təsəbbuslərin dəstəklənməsinə daha çox ehtiyac var və ümid edirik ki, A VMA ölkədə müasir tipli yay düşərgələrinin yaradılmasının əsasını qoyacaq.
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası"  "Məktəb ailəsi" təlim istirahət düşərgəsi layihəsi müvəffəqiyyətlə başa  catıb"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası"  "Məktəb ailəsi" təlim istirahət düşərgəsi layihəsi müvəffəqiyyətlə başa  catıb
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası"  "Məktəb ailəsi" təlim istirahət düşərgəsi layihəsi müvəffəqiyyətlə başa  catıb


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI