PARADOKS

AKTUAL

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

21-11-2018, 04:54
  •     
  • Manşet, Ölkə |
  •  Oxunma: 38

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində
artırmağa davam edir. Hazırda “Nar” ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan
şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub.
“Nar” il ərzində 680-dən çox 4G, 150-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza
stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G
baza stansiyalarının sayı 1600, 3G baza stansiyalarının sayı isə 2600-ü ötüb. 4G və 3G baza
stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə
xidmətlərilə təmin etməkdədir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir və 7300-
dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 4G
keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox
istifadəsinə şərait yaradır.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən
“Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq
metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq
dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)
xidmətini təqdim edib.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI