PARADOKS

AKTUAL

“Nar” korporativ müştərilər üçün yeni imkanlar açır

31-08-2018, 11:42
  •     
  • Manşet, Ölkə |
  •  Oxunma: 116

“Nar” korporativ müştərilər üçün yeni imkanlar açır
Hər zaman keyfiyyətli xidməti və sərfəli şərtləri ilə seçilən mobil operator Nar korporativ
müştəriləri üçün yeni təkliflərini təqdim edir. Müştərilər sərfəli şərtlərlə, smartfon, 4G data
modem və portativ internet daşıyıcısı əldə edə bilər.
Korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə
biləcək. Smartfonu əldə etmək üçün 1 Nar nömrəsinin korporativ tarifdə olması kifayətdir.
Təqdim olunana smartfona 1 il müddətində zəmanət verilir.
Daim genişlənən 4G şəbəkəsi ilə “Nar” müştərilərinə hər zaman və hər yerdə yüksək keyfiyyətli
internetdən istifadə etmək imkanı açır. İnternetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz
4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB
mobil internetdən yararlana bilər.
“Nar”-ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici
təklifdir. Belə ki, “WTTx” cihazı (“Wireless To The x”, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə
eyni anda 32 cihaz “Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər.
Qeyd olunan təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə
tutulub. Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün “Nar” nömrələrindən 789 qısa
nömrəsinə zəng edə və ya [email protected] elektron poçtuna yaza bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim esib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-
ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən
şəbəkə olaraq tanınıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI