PARADOKS

AKTUAL

“Nar” cari ilin nəticələrini açıqladı

7-12-2017, 10:57
  •     
  • Manşet, Ölkə |
  •  Oxunma: 84


“Nar” cari ilin nəticələrini açıqladı
“Nar” cari ilin nəticələrini açıqladı

BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi
çərçivəsində mətbuatla görüş təşkil edən “Nar” media nümayəndələrini mobil operatorun ən
son nailiyyətləri ilə tanış edib.
Çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar” şəbəkəsinin, işğaldan azad edilmiş
bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə etdiyi, 2017-ci ildə ilk dəfə olaraq
bölgələrdə – Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə
birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və “Nar” LTE baza stansiyalarının ümumi
sayının artıq 1000-ə çatdığı, cari ildə 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi,
3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərinin müasir tələblərə cavab verən
IP (Internet Protocol) texnologiyalı xətlərlə əvəz edildiyi və “Son məntəqələr arasındakı
tutum” (Last Mile Capacity) üzrə 66% artımın müşahidə edildiyi barədə geniş məlumat verilib.
Görüş zamanı səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini
təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib. Bu texnologiya səsin
maksimal dərəcədə təmiz ötürülməsini təmin edir, mobil telefonla danışan şəxsdə üzbəüz
ünsiyyət təəssüratı yaradır və kənar səslərin təsirini minimuma endirir.
Qeyd edilib ki, mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3
Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə
əsasən, “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yüksək nəticə göstərmiş rabitə operatoru
olduğu müəyyən edilib.
“Təqdim etdiyimiz sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırdığımız irihəcmli
sərmayə sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının nəticələrinə əsasən, “Nar” mobil
zəng xidmətləri üzrə ölkədə ən yüksək göstəriciyə nail oldu. Şəbəkədə data trafikinin həcmi
58%, internet məmnuniyyəti üzrə istehlakçı loyallığı indeksi isə iki dəfə artaraq bu günə qədər
olan ən yüksək həddə çatdı“, - deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke mobil
operatorun əsas uğurları barədə danışarkən qeyd edib.
Təqdimat zamanı ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit
internet və IPTV xidmətlərini vahid platforma üzərindən təklif etmiş ilk mobil operator olan
“Nar”-ın “Qutu” məhsulu haqqında da məlumat verildi. Bu məhsuldan yararlanan abunəçilər
rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən
yararlanırlar.

Görüşdə “Nar”-ın sponsorluq fəaliyyəti və korporativ sosial məsuliyyət (KSM) strategiyasından
da söhbət açıldı. Ölkədə keçirilən mühüm idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə
qazanmış “Nar”-ın 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunları, Bakı-2017 Oyunları
və qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi
telekommunikasiya tərəfdaşı seçildiyi qeyd edilib.

KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün
nəzərdə tutulmuş “Təlim məktəbi” layihəsinin önəmi də vurğulandı. Artıq 3 ildən çoxdur
ki, “Nar” fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası
istiqamətində müxtəlif addımlar atır. Layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin
bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki
məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi 6500-dən
artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI