PARADOKS

AKTUAL

“Nar”-ın “Full” paketlərindən birinə qoşul, istifadə etmədiyin bonuslar növbəti aya keçsin!

1-12-2017, 19:17
  •     
  • Manşet, Ölkə |
  •  Oxunma: 110

“Nar”-ın “Full” paketlərindən birinə qoşul, istifadə etmədiyin bonuslar növbəti aya keçsin!
“Nar”-ın “Full” paketlərindən birinə qoşul, istifadə etmədiyin bonuslar növbəti aya keçsin!

“Nar”-ın təqdim etdiyi “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif
sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və
bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir.
Belə ki, abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən
bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.
“Full 9”, “Full 14” və “Full 19” paketlərindən birinə qoşulan abunəçi müvafiq bonuslar əldə edir.
“Full 9” paketinə qoşulduğu andan etibarən, abunəçi bonus olaraq 300 ölkədaxili dəqiqə və 1,5
GB internet trafiki, “Full 14” və “Full 19” paketlərinə qoşulduqda isə, müvafiq olaraq 450
ölkədaxili dəqiqə, 2 GB internet və 600 ölkədaxili dəqiqə, 2,5 GB internet trafiki qazanır.
Paketlərin həcmindən asılı olaraq abunəçinin balansından müvafiq qaydada 9 AZN, 14 AZN və
ya 19 AZN çıxılır. Paketi davamlı yeniləyən abunəçinin istifadə etmədiyi bonuslar isə növbəti
aya keçir.
Irihəcmli “Full” paketləri və digər məlumatları nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI