Kriminal aləmdə tanınmış şəxsi öldürməyə cəhddə təqsirləndirilənlər hakim qarşısına çıxarılıblar

Cəmiyyət


Bakıda “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“resmixeber.az”un məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məlum olub ki, təqsirləndirilən şəxslər ittiham aktı ilə tanış olublar.

Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra qərar açıqlanıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası sentyabrın 20-nə təyin edilib.

Xatırladaq ki, hadisə martın 10-da saat 15 radələrində paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov saxlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir