PARADOKS

AKTUAL

Nigeriyada partlayış: 45 ölü

21-05-2014, 04:03
  •     
  • Kriminal, |
  •  Oxunma:

Nigeriyada partlayış: 45 ölü
Nigeriyanın mərkəzindəki Jos şəhərində meydana gələn iki partlayışda 45 nəfərə qədər adam dünyasını dəyişib.

RƏSMİXƏBƏR.AZ-ın məlumatına görə, müsəlman və xristianların tez-tez qarşıdurma yaratdığı Jos şəhərində səbəbkar kimi "Boko Haram" təşkilatı göstərilir.

Hadisə şahidləri partlayışların şəhərin sıxlıq olan sahələrində - bazarda və xəstəxana yaxınlığında bir neçə dəqiqə fərqlə həyata keçirildiyini bildirib.

Hadisəni öz üzərinə götürən olmayıb. 2012-ci ilin iyulunda həmin şəhərdə baş verən partlayışda 58 nəfər ölmüş və hadisəni "Boko Haram" silahlıları öz üzərinə götürmüşdü.

Nigeriya parlamenti "Boko Haram"ın fəal olduğu ölkənin şimal-şərq bölgələrində fövqəladə vəziyyə elan edib. halı altı ay daha uzatma qərarı aldı.

Qeyd edək ki, "Boko Haram" təşkilatı son beş ildə on minlərlə adamın ölümü ilə nəticələnən hücumlar edib.
Mənbə
ANS PRES


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI