PARADOKS

AKTUAL

Ögey ana 5 yaşlı qızın ölümündə özünü günahkar bilmir

21-05-2014, 03:13
  •     
  • Kriminal, |
  •  Oxunma:

Ögey ana 5 yaşlı qızın ölümündə özünü günahkar bilmir
[media=http://http://www.youtube.com/watch?v=2-7iscmvn4w]
3 il bundan öncə 5 yaşlı Sevinc Həsənovanı insanlığa sığmayan bir vəhşiliklə döyərək öldürən onun analığı Rəbiyyət Osmanova hələ də törətdiyi əmələ inana bilmir. Amma 2011-ci ilin 26 fevralında həyat yoldaşı ilə birgə azyaşlını həyatının ən gözəl çağından məhrum edəndə heç də belə düşünmürdü.

Dediyi kimi də oldu. Bu, ağlasığmaz cinayətə görə o, düz 15 il azadlıqdan məhrum edildi. Bənzər hökm azyaşlı Sevincin ölümündə ögey anası qədər təqsiri olan ata, Şahlar Həsənova da oxundu. Sadəcə bir məqam var ki,15 illik məhbus həyatının 3 ilini tamamlayan Rəbiyyət Osmanova bu günə kimi Sevincin ölümündə özünü günahkar bilmir.

"Gəldim gördüm atası döyüb atıb. Dedim ki, niyə belə etmisən. Mənə dedi ki, sən səsini kəs, uşaq mənimdi, özüm bilərəm. Gecə saat bir olardı gəldim oyatmağa gördüm ki, səs gəlmir, sonra əlimi atdım boynuna gördüm ki, nəsə yumşaq bir şey dəydi əlimə” - deyə Rəbiyyət Osmanova bildirir.

Balaca Sevinc valideynləri tərəfindən amansızlıqla döyüldükdən sonra gözlərini həyata əbədi yumur. Bu, hadisədə doğma anası Kəmalə Əliyeva da özünü az qınamırdı. Belə bir dəhşətin baş verəcəyini bilsəydi onu atası ilə görüşməyə qoymayacağını deyirdi.

Övladının yoxluğuna dözə bilməyən ana təssəllini onun paltarlarında tapırdı. Göz yaşları içində onları qoxlayaraq.

Bütün bu olanlardan çox keçmədi ki, qızının yoxluğuna dözməyən ana da dünyasını dəyişdi. Bununla da demək olar ki, bir ailənin dramı, daha doğrusu faciəsi kulminasiya nöqtəsinə çataraq bitdi. İndi qatillər həbsxanada, ana və bala isə qara torpaq altındadır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI