PARADOKS

AKTUAL

Azərbaycanda əsirlikdə olan Mamikon Xocayan öldü

21-05-2014, 01:36
  •     
  • Kriminal, |
  •  Oxunma:

Azərbaycanda əsirlikdə olan Mamikon Xocayan öldü
Bir aya yaxın Azərbaycanda əsirlikdə olan Mamikon Xocayan Ermənistanda dünyasını dəyişib.


Rəsmixəbər.Az-ın məlumatına görə, 77 yaşlı Xocayanın ailəsi onun ölümündə Azərbaycan tərəfini günahlandırır.

Mamikonun ailə üzvləri 77 yaşlı kişinin qəfildən öldüyünü bildirərək onun cəsədini ekspertiza üçün İrəvana aparacaqlarını qeyd ediblər.

“Səhər Mamikon hər şeyin qaydasında olduğunu bildirdi. Axşam isə o, artıq ölmüşdü. Onun Azərbaycanda "solyarka" ilə zəhərləndirilməsindən şübhələnirik. Ekspertizadan sonra hər şey bəlli olacaq”, - deyə Eqine Xocayan bildirib.

Qeyd edək ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb.

Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.
Mənbə
ANS PRESS:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI