PARADOKS

AKTUAL

Tovuzda evə ildırım düşüb, xəsarət alan var

20-05-2014, 10:36
  •     
  • Kriminal, |
  •  Oxunma:

 Tovuzda evə ildırım düşüb, xəsarət alan var

Ötən gecə Tovuzun Qovlar şəhərində evə ildırım düşüb.
Qovlar şəhər İcra Nümayəndəsi Oruc Binnətovun Rəsmixəbər.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saat 8 radələrində şəhərin Nizami küçəsi, dalan-1 ünvanında baş verib. Şəhər sakini, Aygün Rəhimovaya məxsus evə düşən ildırım evin elektrik sayğacını sıradan çıxardıb və naqilləri əridib. Bundan başqa, ildırım yaşayış evinin bəzi hissələrində yanıq izləri buraxıb. Hadisə zamanı A. Rəhimovanın qonşusu - Həmidə Əsgərovanın da evinə ziyan dəyib. Evin elektrik sayğacı və naqillər yararsız hala düşüb. Evdə olan 10 yaşlı Arzuman Hüseynov ildırım düşmə nəticəsində qolundan yanıq xəsarəti alıb. İlk tibbi yardım alan azyaşlının vəziyyətinin normal olduğu bildirilir


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI