PARADOKS

AKTUAL

Bakının Binəqədi rayonu ərazisində döyülmə faktı baş verib

16-05-2014, 10:02
  •     
  • Kriminal, |
  •  Oxunma:

Bakının Binəqədi rayonu ərazisində döyülmə faktı baş verib
Hadisə mayın 15-i gündüz saatlarında qeydə alınıb. Fatmayi bağ massivində fərdi ev tikintisində fəhlə kimi işləyən 45 yaşlı Bahadur Həsənov və digərləri ilə özlərini Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və Bahadur Həsənov döyülüb.

Döyülən fəhlənin Lent.az-a verdiyi məlumata görə, tikintinin aparıldığı əraziyə gəələn şəxslər fəhlələrdən tikinti iqlərinin dayandırılmasını tələb ediblər. Bahadur Həsənov iddia edir ki, onlar işi dayandırmağa razılaşsalar da, İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları ona hücum edərək, döyüblər.

Bahadur Həsənov yaralı vəziyyətdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparılıb və bir neçə saat orada saxlanılıb. Yaxınlarının təkidi ilə Bahadur Həsənov ötən gün axşam saatlarında Şəhər Klinik Xəstəxanasına göndərilib. Ona tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı Fədail Mövsümov faktı təsdiqləyib. Onun sözlərinə görə, Fatmayi bağ massivində fəhlə Bahadur Həsənovla polis əməkdaşları və icra hakimiyyəti nümayəndələri arasında insident baş verib. Xəsarət alan fəhlənin izahatı alınıb və şikayət ərizəsi qəbul olunub. Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyətinin işçilərindən biri də polisə şikayət ərizəsi ilə müraciət edib və fəhlələr tərəfindən fiziki təzyiqə məruz qaldığını, xəsarət aldığını bildirib. Təhqiqatçının sözlərinə görə, ilkin araşdırmalardan sonra materiallar Binəqədi Rayon Prokurorluğuna göndəriləcək.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları tikilən evin qanunsuz olduğunu bildiriblər və sökülməsini tələb ediblər.




Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI