PARADOKS

AKTUAL

Bakıda mebel mağazasına basqın edilib

1-05-2014, 13:06
  •     
  • Kriminal, |
  •  Oxunma:

Bakıda mebel mağazasına basqın edilib
Paytaxtın Nərimanov rayonunda mebel satışı ilə məşğul olan obyektlərdən birinə basqın edilib.

Daxili İşlər Nazirliyinə istinadən, hadisə aprelin 30-da saat 05 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Röyal” mebel mağazasında qeydə alınıb. Hadisə zamanı aldatma yolu ilə içəri daxil olan şəxsiyyəti hələlik məlum olmayan 3 nəfər, gözətçi İbrahim Quliyevin əllərini və ağzını yapışqanlı lentlə bağlayıb.

Cinayəti törədən şəxslər mağazanın müdiri Kəmalə Muradovanın iş otağındakı, içərisində 20.000 AZN olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb, “Mercedes” markalı avtomobildə hadisə yerindən uzaqlaşıblar. Hadisədən sonra polislərə məlumat verilib və əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hazırda cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI