PARADOKS

AKTUAL

ABŞ-da yenə tornado 30 nəfərin ölümünə səbəb oldu

29-04-2014, 22:19
  •     
  • Kriminal, |
  •  Oxunma:

ABŞ-da yenə  tornado 30 nəfərin ölümünə səbəb  oldu
Amerika Birləşmiş Ştatlarının mərkəzi ştatları 16 nəfərin ölümünə səbəb olmuş güclü tornadodan sonra özünə gəlməmiş, indi də cənub ştatlarından tornado keçib.

Verilən məlumata görə, bölgədə pis hava şəraitinin azı 9 nəfərin ölümünə səbəb olduğu bildirilir. Bununla da son 2 gün ərzində Amerika Birləşmiş Ştatlarında tornado qurbanlarının sayı 24 nəfərə çatıb. Yüzlərlə adam xəsarət alıb.

Arkanzas və Oklahoma ştatlarından sonra, indi də Missisipi və Alabama ştatlarında da ciddi dağıntılar baş verib. Bu ştatlarda tornado evlərin damlarını uçurub, ağacları kökündən qoparıb, elektrik enerjisi naqillərini qırıb. Ən çox ziyan Missisipinin Tupelo şəhərinə dəyib.

Xilasedicilər dağıntılar arasında sağ qalanların axtarışlarını davam etdirir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI