PARADOKS

AKTUAL

Azərbaycanda dəhşətli hadisə: Yeniyetməni qanına buladılar

20-03-2020, 06:59
  •     
  • Kriminal |
  •  Oxunma: 33

Azərbaycanda dəhşətli hadisə: Yeniyetməni qanına buladılar Yevlax rayonunda dəhşətli qətl hadisəsi törətməkdə təqsirli bilinən Yasin Çuqayın cinayət işi üzrə istintaq istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il oktyabrın 9-da, saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini, 2002-ci il təvəllüdlü Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Yasin Çuqay saxlanılıb.

Yasin Çuqay bu günlərdə hərbi xidmətdən qayıdıbmış. Yasin Çuqay Rasim Nazarovu ürək nahiyəsindən bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Yasin Çuqayın barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI