PARADOKS

AKTUAL

Azərbaycanlı gənc Almaniyada spirt oğurladı

20-03-2020, 02:45
  •     
  • Kriminal |
  •  Oxunma: 33

Azərbaycanlı gənc Almaniyada spirt oğurladı
Koronavirus tibbi maskalara, dezinfeksiya spirtinə böyük ehtiyac yaradıb. İnsanlar apteklərə daha çox bunlar üçün üz tutur.

Bizimyol.info xəbər verir ki, azərbaycanlı gənclərdən biri Almaniyada 100 litr dezinfeksiya spirti oğurlayıb. Avropa ölkəsinin mətbu orqanları bu haqda yazır. Gəncin 28 yaşı olduğu bildirilir. O, Şərqi Reyn-Vestfaliya bölgəsinin xəstəxanalarından birindən oğurluq edib. Gənc spirti internetdə satmaq istəyərkən ələ keçib. Polis onun evində axtarış aparıb. Sonradan spirtin müəyyən hissəsi Haviksbekdə yaşayan bir qızın evindən çıxıb.

Azərbaycanlı gənc cinayəti boynuna almır. Onun istənilən halda cinayət məsuliyyətinə cəlb olunacağı gözlənilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI