PARADOKS

AKTUAL

Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

20-02-2020, 18:32
  •     
  • Kriminal |
  •  Oxunma: 47

Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var Beyləqan rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Beyləqan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki həyətlərin birindən 240 kiloqram (4 kisə) yonca oğurlamaqda şübhəli bilinən Şərq qəsəbə sakinləri Ə.Qarazadə, S.Əliyev və E.Məmmədov saxlanılıblar.

Bundan başqa, Tərtər rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcov həbs edilib.

Onların evlərindən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI