PARADOKS

AKTUAL

Göygöldə narkotik alverçiləri tutuldu

18-01-2020, 21:20
  •     
  • Kriminal |
  •  Oxunma: 47

Göygöldə narkotik alverçiləri tutuldu

Göygöl rayonunda narkotik satan və alan şəxlər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər sakinləri 38 yaşlı Baxşəli Mürsəqulov və 35 yaşlı Xəyal Əsgərov Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman B. Mürsəqulovun üzərindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.022 qram narkotik vasitə olan heroin, X. Əsgərovun üzərindən isə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.076 qram narkotik vasitə olan heroin aşkar olunub.

Onlara narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib. Onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümdə ümumi çəkisi 0.111 qram kustar üsulla hazırlanan psixotrop maddə hesab olunan metamfetamin və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.791 qram kustar üsulla hazırlanan heroin aşkar olunaraq götürülüb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI