PARADOKS

AKTUAL

Meşədə qətl törədən İmişli sakini tutuldu

10-01-2020, 20:58
  •     
  • Kriminal |
  •  Oxunma: 34

Meşədə qətl törədən İmişli sakini tutuldu Z.Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən İmişli rayon sakini E.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI