PARADOKS

AKTUAL

Nərmini qətlə yetirən şəxsin FOTOSU

10-01-2020, 20:51
  •     
  • Kriminal |
  •  Oxunma: 31

Nərmini qətlə yetirən şəxsin FOTOSU Xəbər verdiyimiz kimi, 10 yaşlı Nərmin Quliyevanı cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı rəsmi açıqlamada qeyd olunurdu ki, istintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Turkustan.info “qafqazinfo”-ya istinadən İ. Süleymanovun fotosunu təqdim edir: Nərmini qətlə yetirən şəxsin FOTOSU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI