PARADOKS

AKTUAL

Gecə klubunda işləyən arvadını öldürdü: “Namusumu təmizləmişəm”

3-08-2019, 11:13
  •     
  • Kriminal |
  •  Oxunma: 44

Gecə klubunda işləyən arvadını öldürdü: “Namusumu təmizləmişəm”
Bizimyol.info xəbər verir ki, Rövşən Dadaşov həyat yoldaşı Aidə Dadaşovanı öldürdüyünü danmadığını bildirib. “Namusumu təmizləmişəm”, – deyir.

İttihamda yazılıb ki, Rövşən arvadını yüngül həyat tərzi keçirdiyinə görə öldürüb. Özü də bunu xüsusi amansızlıqla, uşaqların qarşısında edib. Təqsirləndirilən ittihamda yazılanlarla razılaşmadığını söyləyib. Onun dediyinə görə, həyat yoldaşına heç bir işgəncə verməyib: “Peşman deyiləm. Amma ittihamda yazılanlar da doğru deyil. Uşaqların xəbəri olmayıb”.

Rövşənin qardaşı Amil Dadaşov məhkəmədə ifadəsində mərhumu ittiham edib, onun ərəblərlə görüşdüyünü, şəkillər çəkdirdiyini deyib: “Qardaşım düz eləyib onu öldürüb”.

Şahid qismində ifadə verən Təranə Kazımova Aidə Dadaşova ilə gecə klubunda işlədiyini söyləyib. Onun dediyinə görə, qadın boşanmaq istəyirmiş.

Aidənin atası məhkəmədə kürəkənini məsliyyətsiz adam adlandırıb: “Dediklərinin hamısı yalandı. Hadisədən televizordan xəbər tutdum. Həyat yoldaşım xəstədi, əvvəlcə ona demədim. Bu adam heç vaxt işləməyib, biz kömək eləməli olmuşuq. Həmişə deyirdi ki, sizi öldürəcəm”.

Əvvəllər də məhkum olunmuş Rövşən Dadaşov həyat yoldaşını dəmir alətlə qətlə yetirib. Sonra uşaqları qardaşına təhvil verərək polisə təslim olub. İttihamda onun qətli qısqanclıq zəminində törətdiyi yazılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI