PARADOKS

AKTUAL

Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi

12-07-2019, 09:42
  •     
  • Kriminal |
  •  Oxunma: 69

Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.
Bu barədə Oxu.Az-a qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.

Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı – 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI