PARADOKS

AKTUAL

Azərbaycanda tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

17-06-2019, 17:55
  •     
  • Kriminal |
  •  Oxunma: 83

Azərbaycanda tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi Gəncə şəhərində qətl hadisəsi törədilib.
Virtualaz.org-un məlumatına görə, yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.

Davanın digər iştirakçısının da ağır yaralandığı və xəstəxanaya aparıldığı barədə məlumat yayılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI