PARADOKS

AKTUAL

Krımda azərbaycanlılar arasında kütləvi dava: Ölən var

17-06-2019, 17:48
  •     
  • Kriminal |
  •  Oxunma: 40

Krımda azərbaycanlılar arasında kütləvi dava: Ölən var Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib.
Rusiyanın Kirov vilayətində “Azərbaycan” Fondunun prezidenti Elnur Hüseynovun Report-a verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs hadisə yerində keçinib, Ağsu rayon sakini Həmzə isə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən ilk öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri buraxılıb, 15 nəfər nəzarətə götürülüb. Cinayət işi davam edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI