PARADOKS

AKTUAL

Kəndi gərgin vəziyyətdə saxlayan manyak peyda olub – Foto

17-06-2019, 17:46
  •     
  • Kriminal |
  •  Oxunma: 78

Kəndi gərgin vəziyyətdə saxlayan manyak peyda olub – Foto Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.
Hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22-23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.



Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir./oxu.az/


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI