PARADOKS

AKTUAL

Ağstafada qətl törədənin və ölənlərin adları məlum olub

17-06-2019, 17:43
  •     
  • Kriminal |
  •  Oxunma: 38

Ağstafada qətl törədənin və ölənlərin adları məlum olub Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilmiş dəhşətli qətlimdə öldürülən şəxslərin adları məlum olub.

Publika.az-ın ldə etdiyi məlumata görə, hadisənin 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu tərəfindən törədilməsi məlum olub. Odlu silahla silahlanmış 25 yalı oğlan bazara gələrək qan davasında olduğu Musayev Şəbiddin Fərrux oğlunu, onun qardaşı Novruzu və anası Şərgiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Cəlilova Zeynəb Baba qızını güllələyərək öldürüb.

Məlum olub ki, Şəbiddin Musayev və Nivruz Musayv 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetirib. Bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. İki qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar. Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.

Artıq 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 25 yaşlı Elnur Süleymanov saxlanılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI