PARADOKS

AKTUAL

17 yaşlı qız gecə klubunda döyülüb xəstəxanalıq oldu

11-06-2019, 17:23
  •     
  • Kriminal |
  •  Oxunma: 29

17 yaşlı qız gecə klubunda döyülüb xəstəxanalıq oldu Paytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə “BOSS” gecə klubunda qeydə alınıb.

Amerika vətəndaşı, 2002-ci il təvəllüdlü Vitalıyevna Laila İfrahim qızı Bülbül prospektində yerləşən gecə klubunda əylənib.

O, klubun digər müştərisi ilə mübahisə edib. Nəticədə isə döyülərək ağır xəsarət alıb. L.Vitalıyevna özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI