PARADOKS

AKTUAL

İnsan alverində ittiham olunan qadına hökm oxunub

7-06-2019, 21:57
  •     
  • Kriminal |
  •  Oxunma: 73

İnsan alverində ittiham olunan qadına hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Axundovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi kollegiyanın hökmü ilə G.Axundova 7 il 3 ay 8 gün cəza verilib və ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) tətbiq edilməklə iki il sınaq müddəti təyin olunub.

O, Cinayət Məcəlləsinin 144-1.2.1, (İki və ya daha çox şəxsi cinsi istismar etmə) və 144-1.2.4. (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Günay Axundovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib. Məlum olub ki, o, bir neçə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.

G.Axundova zərərçəkmiş qadınların baş idarəyə şikayəti əsasında saxlanılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI